Xəbəraz

Polşanın Baş naziri Kiyevə gəlib

  • 09 Sentyabr 2022
  • 1.664 baxış.
Polşanın Baş naziri Kiyevə gəlib

Bu gün Polşanın Baş naziri Mateuş Moravetski Ukraynaya işgüzar səfər edib.

Xəbəraz.org  xəbər verir ki, bu barədə “Polsat News” nəşri məlumat yayıb.

“Baş nazir Mateuş Moravetski Kiyevə gəlib. Bir sıra görüşlər keçiriləcək. Geosiyasi vəziyyət və enerji bazarı, həmçinin enerji və hərbi təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunacaq”, – Polşa hökumətinin sözçüsü Piotr Mueller nəşrə bildirib.