Xəbəraz

Deputat Elnur Allahverdiyev Türkiyənin Gabze bələdiyyəsinin nümayəndə heyəti ilə görüşüb-FOTO

Deputat Elnur Allahverdiyev Türkiyənin Gabze bələdiyyəsinin nümayəndə heyəti ilə görüşüb-FOTO
Millət vəkilinin Qanunla.Az-a açıqlamasında bildirib ki,Yasamal Rayon İcra Hakimiyyətində ölkəmizdə səfərdə olan qardaş Türkiyənin Gabze bələdiyyəsinin nümayəndə heyəti ilə görüşümüz yüksək səviyyədə keçdi.
Gabze bələdiyyəsinin sədri Zinnur Büyükgöz və Türkiyə Böyük Millət Məclisinin üzvü Cemil YAMAN ilə ölkələrimiz arasındakı münasibətlərdən, xalqlarımızın güzəranından, Vətən müharibəsindən ətraflı danışıb, fikir mübadiləsi apardıq. İki qardaş dövlət arasında yerli idarəetmə orqanları səviyyəsində də sıx əməkdaşlığın mövcudluğu baxımından belə görüşlər olduqca faydalıdır.
Görüşdə Yasamal rayonun İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili həmkarım Səbinə Xasayeva , Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov iştirak edirdilər.
image-306070837_560465595877546_2330286963719588148_nimage-306134133_560465622544210_6739377564276887666_nimage-306232732_560465659210873_6524765723427786842_n
image-305749485_560464822544290_583538619653316564_nimage-306236483_560465552544217_8485402414729854383_nimage-306286257_560465572544215_4228072421810708555_nimage-306008710_560465679210871_3503604182750123350_nimage-306315735_560465715877534_4552910135162954990_n