Xəbəraz

”Azəriqaz”-ın sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçiriləcək

”Azəriqaz”-ın sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq. Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.