Xəbəraz

Rayon sakini İcra başçısının yarıtmaz idarəçiliyindən “ağız dolusu” danışdı.. – VİDEO

Rayon sakini İcra başçısının yarıtmaz idarəçiliyindən “ağız dolusu” danışdı.. – VİDEO

Qanunla.az: – Uzun aradan sonra Cəbrayıl rayon sakinləri yenidən “DogruXeber.az” informasiya agentliyinə üz tutublar.
Agentliyin tərkibində fəaliyyət göstərən “Kanal14” YouTube kanalımız ilə canlı bağlantı yaradan Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan Rafiq Təhməzov qəsəbədə yaşanan bir çox problemlərdən danışıb.Rafiq Təhməzov qəsəbə sakinlərinin su pulu ödədikləri halda, əlavə olaraq, içməli suyu pul ilə satın aldıqlarını, qəsəbədə, sakinlərin sıx yaşadığı ərazilərdə mal-qara fermasının olduğunu, uşaq bağçalarının bərbad, təmirsiz vəziyyətdə olduğunu, həmçinin baxçalarda uşaqlara göyərmiş, natəmiz vəziyyətdə olan su çənlərindən su içirildiyini və sair dilə gətirib. Eyni zamanda rayonun ən başlıca problemi işsizlik məsələsinə toxunub.

 

Rafiq Təhməzov bildirir ki, rayondakı bir çox problemlərə görə əvvəllər də bir neçə dəfə canlı yayımda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova qarşı iradlar səsləndirib və buna görə bir neçə şəxs tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalıb.

Həmçinin, o vurğulayıb ki, “İcra başçısı sakinləri qəbul etmir, onlarla görüşmür. Mənim təqaüdə çıxdıqdan sonra hər ay aldığım 60 AZN müavinətim kəsilib, dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm ki, bərpa etməkdə mənə köməklik etsinlər. Amma, başçının müavini Fəridə İbayeva mənə aidiyyatsız cavablar göndərir. Atırlar Qaçqınkomun (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi) üstünə.

Mən artıq bilmirəm kimə müraciət edim, problemimi kimə danışım?”

Bəli, tamamilə yerində verilmiş sual – Vətəndaşın problemini əgər ərazi üzrə İcra Hakimiyyəti tərəfindən dinlənib, müəyyən lazımi köməkliklər göstərilmirsə, vətəndaş hara müraciət etməlidir?

Prezidentə?

Axı bütün bunlar üçün ölkə başçısı hər rayona öz səlahiyyətli nümayəndəsini təyin edib.
Bəs onlar əhaliyə göstərmədiyi halda kimə, yaxud nələrə xidmət edirlər?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az