Xəbəraz

“Azəriqaz”ın “Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi-FOTO

“Azəriqaz”ın “Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi-FOTO

“Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib. “Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib. Bu müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub. Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub. Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.

image-img-20220913-wa0172 image-img-20220913-wa0176 image-img-20220913-wa0173 image-img-20220913-wa0175 image-img-20220913-wa0174