Xəbəraz

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

Qanunla.Az xəbər verir ki, növbəti həftə (19-22.09.2022 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Ağdaş rayonunda (Habil Əliyev adına musiqi məktəbi), 2-ci günü saat 15:00-dan 16:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi) isə baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.