Xəbəraz

Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması strategiyası.

Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Qarabağda güclü quruculuq işləri gedir. Uzun illərdir ki, Qarabağın sakinləri öz doğma yurdlarına geri dönmək istəyirlər. Bunun üçün dövlətimiz buradakı işləri planlı şəkildə yerinə yetirirlər. Lakin hələ də bədnam qonşularımız xalqımıza qarşı tez-tez təxribatlar törədirlər. 13 Sentyabr 2022-ci il tarixində ermənilər yenə də atəşkəsi pozaraq xalqımızı qorxu içində saxlamağa çalışdılar, vətənimizin mərd, qəhrəman oğulları bu dəfə də canlarından keçərək düşmənə qalib gəlib onları yerlərində otuzdurdular. Tarixi keçmişimizdən bəllidir ki, ermənilər heç vaxt sakit dayanmayıblar. Bunun üçün də Prezidentimiz cənab  İlham Əliyevin dediyi kimi qaçqın və məcburi köçkünlərin geri qayıtması “planlı şəkildə həyata keçirilməlidir.” Məcburi köçkünlərin öz doğma torpaqlarına , əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir . Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə , eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq , həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər . Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq , bu müqəddəs torpaqları dirçəltmək , canlandırmaq , o yerlərdə yeni evlər tikərək , təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu , vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir.

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi-Xəyalə Abdulxalıqova