Xəbəraz

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir.

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri həmişəki kimi atəşkəsə zidd olaraq  Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayon istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir. Bu təxribat bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz revanşist niyyətindən əl çəkmək istəmir. Bu siyasət bütün region üçün təhlükə yaradır. Regionda olan sabitlik, davamlı inkişafın sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Ermənistan uzun illər Azərbaycan ərazisində müxtəlif təxribatlar törətmiş torpaqlarımızı vaxtı ilə işğal etmişdir. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğalçılardan azad etmiş, mənfur düşmən kapituliyasiya aktına imza atmağa məcbur edilmişdir. 2020-ci il noyabr ayında imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından müxtəlif bəhanələrlə ermənistanın boyun qaçırması onların mənfi xislətini bir daha açıq və aşkar şəkildə bəyan edir. Məhz bu əməlinə görə beynəlxalq təşkilatlar Ermənistanın bu revanşist əməlini pisləməli və bunun qarşısını almaq yönündə səy göstərməlidirlər.Prezident cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatların qarşısını Azərbaycan Ordusu qətiyyətlə alacaqdır.

Vətənin bütövlüyü uğrunda canından keçən igid oğulların ruhları qarşısında baş əyirik, onlarla fəxr edirik ! Vətən sağ olsun !

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Ehtiram Osmanov