Xəbəraz

Ermənidən heç bir fərqi olmayan və anti-Azərbaycan dairlərindən maliyyələşən satqınlar ölkəmizin qazandığı uğurları həzm edə bilmirlər

Ermənidən heç bir fərqi olmayan və anti-Azərbaycan dairlərindən maliyyələşən satqınlar ölkəmizin qazandığı uğurları həzm edə bilmirlər

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata ordumuz lazımi səviyyədə cavab verdi. Onlara elə ciddi zərbə vuruludu ki, bundan sonra çətin ki, özlərinə gəlsinlər. Keçirilən əməliyyatla düşmənin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb.Sentyabrın 12-14-də keçirilən əməliyyatlarla Azərbaycan növbəti mühüm Qələbəyə, Zəfərə imza atdı.Belə ki,ordumuzun hissə və bölmələri,Xüsusi təyinatlılarımız və komando bölmələrimiz düşmənin atəş açan,təxribat törədən mövqelərinə,dərinlikdə yerləşən atəş vasitələrinə, o cümlədən zenit-raket komplekslərinə sarsıdıcı zərbələr vurdular.Bununla da Ermənistanın təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı.Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Son günlərdə ordumuzun sərhəddə əldə elədiyi uğura radikal müxalifət hər zaman olduğu kimi kimlərinsə buyruğu ilə kölgə salmağa çalışır.Yenə də müxalifət adı altında özlərini aldadan kiçik qrupun üzvləri böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bütün dünyada öz gücünü və qüdrətini nümayiş etdirir. Maddi təminatlara və yersiz vədlərə uyan radikal və antimilli kiçik müxalif qruplar sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatdan istifadə edərək ən həssas məqamlarda belə müqəddəs şəhid adından öz mənafeləri naminə istifadə etməkdən çəkinmir, cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, ordumuzun uğuruna kölgə salmağa cəhd edirlər. Hər dəfə Müzəffər Azərbaycan Ordusu erməni təxribatlarına layiqli cavab verərkən bu ermənidən çox erməni olmağa çalışanlar peyda olur və Azərbaycan dövlətinin, xalqının maraqlarına qarşı çıxaraq erməni maraqlarını müdafiə edirlər.Çünki ermənidən heç bir fərqi olmayan və anti-Azərbaycan dairlərindən maliyyələşən satqınlar ölkəmizin qazandığı uğurları həzm edə bilmirlər. Belə  ki, özləridə başa düşürlərki qədir bilən xalqımız  müxalifət mətbuatının yalan üzərində qurulduğunu dərk edir. Belə ki,  onların bu çirkin və şüursuz fikirləri yalnız özlərinə ziyan verir.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında erməni təxribatlarına layiqli və qətiyyətli cavab verdi. Bu gün Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə olan diqqət və qayğı dünya ölkələrinə nümunədir. Nə qədər ki, Azərbaycanın, öz şəhidinin şəklini başı üzərində tutan, Dəmir Yumruqlu İlham Əliyev kimi prezidenti var, nə ermənilərin nə də içimizdəki ermənilərin heç bir təxribatı baş tutmayacaq.

 

Saatlı rayon sakini

Yeni Azərbaycan Partiyasının üzvü

Orxan Məmmədov