Xəbəraz

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimayyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Cənab Prezidentin çıxışında ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın tranzit və nəqliyyat logistika imkanları barədə olmuşdur. Bu vacib məsələyə toxunan cənab Prezident bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkərək geniş, müasir nəqliyyat infrastrukturu şəbəkəsini yaradır.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enrji, nəqliyyat,turizm, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradlıması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı, Sammit çərçivəsində keçirtdiyi ikitərəfli görüşlər, Sammitdə qəbul edilmiş Bəyannamə gələcəkdə Azərbaycan ilə ŞƏT-ına üzv ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına imkan yaradacaqdır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru