Xəbəraz

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.

Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırdı. Beləliklə, bu gün Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bu regionda yaşayan xalqların rifahının yüksəldilməsinə yönəldilmiş bir çox böyük layihələrin əsas tərkib hissəsi olaraq qalır. Bu baxımdan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin daha da yaxşılaşdırılması əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu istiqamətdə Xəzəryanı ölkələr arasında bağlanmış müqavilələr regionun beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə şərait yaradır. Belə ki, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan keçməklə yükdaşımaların həcminin artması müşahidə olunur. Bununla yanaşı, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin də həcmi artır. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu balanslı siyasət nəticəsində Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri qurulmuş bu münasibətlər günü gündən dinamik şəkildə inkişaf etməkdədir.

Azərbaycan hər zaman Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri qoruyub saxlayıb və bu gün də bu münasibətlər inkişaf etməkdədir.

 

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Vüsal Rəhimov