Xəbəraz

Ruslan Əliyev Lənkəranda Birlik əməkdaşlarının iş şəraiti ilə yaxından maraqlanıb-FOTO

Ruslan Əliyev Lənkəranda Birlik əməkdaşlarının iş şəraiti ilə yaxından maraqlanıb-FOTO

Baş direktor Birlik əməkdaşlarının iş şəraiti ilə yaxından maraqlanıb.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran şəhərində Birlik əməkdaşları ilə görüşüb. Hər bir əməkdaşın iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb. Birlik əməkdaşlarının hər birinə problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb. Baş direktor nəzarətçi-çilingərlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. “Görülən işlərin çox hissəsi məhz nəzarətçi-çilingərlərin əziyyətinin bəhrəsidir. Buna görə də mən sizə təşəkkür edirəm”,- deyə Ruslan Əliyev vurğulayıb. Daha sonra baş direktor Birliyin Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan ümumilikdə 15 əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Birlik rəhbəri görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

image-img-20220925-wa0030 image-img-20220925-wa0028 image-img-20220925-wa0033 image-img-20220925-wa0032 image-img-20220925-wa0031 image-img-20220925-wa0029