Xəbəraz

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır.Bu müharibə 1,5 milyon Əlcəzairlinin ölümü ilə nəticələnmişdir.Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındaki münasibətlərin xüsusi xarakteri var.Azərbaycan 2006- cı ildə təşkilatın müşahidəçi statusunda üzvüdür .

Azərbaycan da Əlcəzair kimi işğalından əziyyət çəkib.Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə Ərəb qardaşlarımız dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik;İşğalın nəticəsində on min kvadratmetrdən çox ərazi tamamilə məhv edilib.Bu ərazi bəzi ölkələrin ərazisinə bərabər.Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır,şəhərlər,kəndlər,binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65- i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır.Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.

Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260- dan çox Azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır;Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib.Ölkəmiz İslam Həmrəyliyinə kifayət qədər töhfə verib. 2017- ci il Azərbaycanda “İslam Həmrəyliyi İli ” elan edilmiş və Azərbaycan dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova