Xəbəraz

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir

Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.Fransanın Əlcəzair xalqına və digər xalqlara qarşı törətdiyi soyqırım cinayətlərinin, mina terrorunun eynisini Ermənistan, ermənilər Azərbaycan xalqına qarşı törədib. Fransa Əlcəzair xalqına qarşı bir əsrə yaxın zülm edib və sözün həqiqi mənasında onlara qarşı soyqırım törədib, fransızlar bununla kifayətlənməyiblər və bu ölkənin torpağında minalar yerləşdiriblər. Azərbaycan Prezidenti müxtəlif xarici ölkələrə səfərləri zamanı Ermənistanın təxtibatları, mina terroru, bu ölkənin sülh danışıqlarından qaçması kimi məsələlərlə bağlı mütamadi olaraq məlumat verir, çox mətləblərə aydınlıq gətirir. Ermənistanın törətdiyi və bu gün də davam etdirdiyi terror aktlarının, mina cinayətlərinin dayandırılması barədə çağırışlar edən Azərbaycan Prezidentinin səsinə ayrı-ayrı dövlətlər səs verməlidir. Ermənistanın cinayətini görməyi bacaran ölkələr buna öz siyasətlərinə uyğun cavab verməyə çalışırlar. Azərbaycan Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın məqsəd və məramını, sülh istəyini bəyan edir. Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında Prezident Əliyevin çıxışı böyük maraq doğurdu. Prezidentimiz burada da Ermənistanın mina terrorundan danışdı, bildirdi ki, ermənilər bizim ərazimizə 1 milyondan artıq mina basdırıb və biz ondan əziyyət çəkirik. Ermənistanın cinayətlərinin Ərəb dünyasından səsləndirilməsi çox təqdirəlayiqdir. Prezidentin fransızların əlcəzair xalqının başına gətirdiyi oyunların, soyqırım aktlarının eynisini ermənilərin də Azərbaycan xalqının başına gətirdiyini bəyan etməsi çox mətləbləri açdı. Ermənilər azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktlarının “ilhamvericisi” məhz Fransa olub. Faktiki olaraq, tarixdə Fransa nə tökübsə Ermənistan da onu dənləyib. Fransa öz ” dostuna” mina terroru törətməyin dərsini keçib və Ermənistan da Azərbaycan torpaqlarında mina yerləşdirib.Ermənistan Fransanın Əlcəzair torpağında həyata keçirdiyi mina terrorunu Azərbaycan ərazilərində təkrarlayıb

Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru-Piralı Əliyev