Xəbəraz

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir

Vətən müharibəsində əldə olunmuş Qələbə  ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün həyata keçirilib.İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox dövlətlərin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqət çəkdi.

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərzilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibədəki tarixi Qələbəmizdən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. Birliyimiz, həmrəyliyimiz Böyük Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində atılan addımlarda da öz sözünü deyir.

Elvin Xəlilov-Zərdab rayonƏlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru