Xəbəraz

Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvələrində başlanmışdır. Bu proses nəticəsində ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvələrindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. “Böyük “ ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırım həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Hər zaman olduğu kimi XX əsrin 80-ci illərinin sonunda da Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdı. Təəssüf ki 1990-cı illərin əvvələrindən başlayaraq Ermənistan işğalçılıq siyasətini həyata keçirdi. Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altında qaldı. Xalqımız erməni terroruna, cinayətinə məruz qaldı, insanlarımız qaçqın və məcburi köçkünə çevrildilər. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərini talan edib, tarix mədəniyyət abidələrini belə məhv etmişlər. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı şanlı qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bununla da Cənubi Qafqazda sülhə, təhlükəsizliyə başlıca təhdid formalaşdıran problemlər aradan qaldırıldı.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova