Xəbəraz

İlham Əliyev ikili siyasətin yolverilməzliyini önə çəkərək dünya güclərinə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa çağırış etdi

İlham Əliyev ikili siyasətin yolverilməzliyini önə çəkərək dünya güclərinə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa çağırış etdi

Dövlət başçısı İlham Əliyev ikili siyasətin yolverilməzliyini önə çəkərək dünya güclərinə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa çağırış etdi

 

Qısa təhlil əsasında bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Fransa ilə Ermənistan arasında bir çox “oxşarlıqlar” mövcuddur və onların heç biri törətdikləri cinayətlərə görə cavab verməyib. İili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir. Fransanın işğal dövründə, İkinci Qarabağ müharibəsinin getdiyi zamanlarda, həmçinin hazırkı mərhələdə – sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olduğu bir vaxtda atdığı addımlar, nümayiş etdirdiyi mövqe diqqətdən kənarda qala bilməz. Erməni sevgisi bu dövlətin həyata keçirdiyi siyasətin  əsas prinsipinə çevrilib.

Dövlət başçısı İlham Əliyev ikili siyasətin yolverilməzliyini önə çəkərək dünya güclərinə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa çağırış etdi: “Təbii ki, dünyanın hüquq problemini yaşaması  faciələrə, dövlətlərarası  münasibətlərdə etimad mühitinin olmamasına gətirib çıxarır. Azərbaycan 30 ildə dünyadan ədalət gözlədi. Lakin maraqların beynəlxalq hüququ və ədaləti üstələməsi münaqişənin həllinin uzanmasına və sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  işğala son qoydu. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimiz güc yolu ilə azad edildi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. Artıq tarixi Zəfərimizin ikinci ilinə bir neçə gün qalır.”

Azərbaycanın quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrə təsadüf edir. Məhz Azərbaycanın təşəbbüsü ilə pandemiyanın kəskin xarakter aldığı dövrdə Qoşulmama Hərəkatının Zirvə toplantısı, həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Ölkəmizin «peyvənd millətçiliyi»nə qarşı mübarizəsi də beynəlxalq aləmdə təqdir olunan addımlarımız sırasında oldu.  Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”, vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları dünya birliyində  xeyirxahlıq və insanlığa qayğı kimi dəyərləndirildi.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir perspektivlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bütün dövrlər üçün aktuallığını saxlayan birlik, həmrəylik, sülh, əməkdaşlıq çağırışları günümüzün əsas tələbidir. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına dəstək sözdə deyil, əməldə öz əksini taparsa, qarşıdakı dövrdə yeni əməkdaşlıq formatlarının yaradılmasına, mövcud formatların tərkibinin genişləndirilməsinə imkanlar yaranar ki, bu da öz növbəsində bölgənin dayanıqlı inkişafına böyük töhfə  olar.

 

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc