Xəbəraz

Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur

Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Ulu Öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək deyib:

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı olan gənclərin hər zaman özlərinə örnək saydığı möhtərəm prezidentimiz cənab İlham Əliyev gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi həmişə diqqət mərkəzində saxlamışdır.

Gənclərin sağlam böyüməsi, onların hərtərəfli inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə alması və tərbiyə edilməsi ilə bağlı məsələlər dövlətimizin başçısı tərəfindən daim nəzarətdə saxlanılmışdır. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir. Vətənpərvər gənclər, orduda olan nizam intizam, müasir silahlar və Ali Baş Komandanın qətiyyəti 44 gün ərzində Azərbaycan ordusunun düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Bu qələbəyə aparan ən başlıca amil vətənə olan sevgi və müstəqillik dövründə yetişən vətənpərvər gənc nəsil olmuşdur. Bu gün bütün dünya Azərbaycanın həm fiziki cəhətdən, həmdə döyüş qabiliyyəti, həmdə vətənə olan sevgi və məhəbbəti olan gənclərə malik olduğunu bir daha gördü. Gənclər bütün sahələrdə dövlətdən və onun rəhbərindən daim diqqət qayğı görürlər.

 

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov