Xəbəraz

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

Noyabrın 8-də Azərbaycan Respiblikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirbə iştirak ediblər.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində ağlasığmaz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Ordumuzun əldə etdiyi hərbi zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır.

8 noyabr Zəfəri müzəffər Ali Baş Komandan yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova