Xəbəraz

YAP-sı Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olaraq xalqı öz ətrafında birləşdirməyə nail oldu

YAP-sı Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olaraq xalqı öz ətrafında birləşdirməyə nail oldu

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Müasir dünyanın mütəşəkkil siyasi təşkilatlarından biri kimi Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Nəhayət 30 il öncə yaradılan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olaraq xalqı öz ətrafında birləşdirməyə nail oldu.
“91-lər”in müraciəti kimi tariximizə düşən Azərbaycanın 91 nəfər  ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində həmin dövrdə ölkəmizin üzləşdiyi  dağıdıcı proseslərin qarşısı alındı. Məhz, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bununlada müxtəlif maneçiliklərə baxmayaraq 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı ki, son 30 il ərzində bu partiya üzərinə düşən missiyanı ləyaqətlə yetirərək ölkəmizdə davamlı sabitliyə və geniş sosial – iqtisadi inkişafa nail olmuşdur.

Kərimova Vüsalə – Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru