Xəbəraz

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniyada rəsmi səfərdə olmuşdur. Ölkə başçımızın ilk dəfə səfər etdiyi bu ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və bu dəstək dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Tiranada dövlət başçılarının görüşü zamanı ölkələrimiz  arasındakı münasibətlər, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadilələri olmuşdur.

Avropanın cənubunda yerləşən Albaniya ərazisindən Azərbaycan qazını İtaliyaya daşıyan TAP kəməri keçir. Bu baxımdan, Azərbaycan kəmərin keçdiyi ölkələrlə münasibətlərin dərinləşməsinə öz təsirini göstərə bilər. Eyni zamanda Albaniya Azərbaycandan mavi qaz almaq istəyən ölkələrdəndir. Çünki, enerji təlabatını bütünlüklə su elektirik stansiyaları hesabına təmin edən ölkənin sənayesinin inkişafı üçün qaza təlabat yaranır. Bu səbəbdən Azərbaycan və Albaniya arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulması Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır

Ümummilli Lider Heydər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş, torpaqlarımızda qürurla, vüqarla dalğalanır.

Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi oldu. Azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir.

Bu səfər çərçivəsində bir sıra strateji obyekt və müəssisələrin təməlqoyma mərasimlərinin keçirilməsi istər ölkəmiz, istərsə də region üçün yeni dəyişikliklərin olacağından xəbər verir.

Prezident cənab İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində pilot layihə olan “Ağıllı kənd-Ağalı kənd” layihəsinin ilkin mərhələsinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi ismarıclar  böyük  tarixi hadisə kimi dəyərləndirilməlidir.

Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aişə Hacızadə

 

 Azərbaycanın qaz ehtiyatları çox zəngindir

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq ölkəmiz mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.

1994-cü ildə müstəqilliyimizin bərpasından üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi/

Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır

44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.

İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Beləliklə, 2020-ci ilin son aylarında hər kəs “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin əsl mahiyyətini, bu kəlamın fəlsəfəsinin nədən ibarət olduğuna şahidlik etdi.

Bir sözlə, Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu. Cənab Prezidentin də ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli

 

Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar

Noyabrın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına rəsmi dövlət səfərinə gəlib. Paytaxt Tiranada dövlət başçısı İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü keçirilib.  İki ölkə arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Ümumiyyətlə, TAP-ın Albaniyanın enerji təchizatında çox əhəmiyyəti vardır. TAP layihəsi Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir.

Zərdab rayon sakini fəal gənc Cəlal Mecidli

 

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir.

Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir. Lakin çox təəssüflər olsun ki, bir çox hallarda bu prinsiplər regionun bəzi ölkələrində müşahidə olunmur. Son dövrlər ölkəmizə qarşı qonşu ölkələr tərəfindən müəyyən təhdidlərin və əks-təbliğatların aparıldığı daha çox özünü biruzə verir. Bu isə heç şübhəsiz ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra bəzi dairələrin daha ciddi narahatlığına səbəb olmuşdur. Belə ki, İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verir. Qarabağ münaqişəsi bitdikdən sonra İranın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyərək, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni etməsi İslamın əxlaq kodeksinə zidd olan əməldir. Həmçinin İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi İslam dəyərlərinə qarşı xainlikdən başqa bir şey deyil.

Mənfur və riyakar qonşularımız olan ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıqdır ki, ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər ən qəddar və qeyri-insani üsullarla davam edir. Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamış, Azərbaycanlılara qarşı etnik dözümsüzlüyün ən sərt formalarını reallaşdırmışdır. Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur. İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ötən ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir.

Hər bir ölkə anlamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Bu il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycanın qaz ehtiyatları çox zəngindir

Azərbaycan ərazisinin mürəkkəb geoloji quruluşuna görə faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə zəngindir. Azərbaycan Respublikası qaz ehtiyatlarına görə dünya ölkələri arasında 22 – ci yerdədir.

Azərbaycanın təbii qaz ehtiyatı əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan şelf zonasında daha çox yerləşir. Son 30–50 illər ərzində Xəzərdə bir sıra böyük neft və qaz ehtiyatına malik olan yataqlar aşkar edilmişdir ki, ən perspektivli yataq isə Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları hesab olunur.

Bu gün dünya bazarında Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artmaqdadır və bu amil ölkəmizin bir sıra Avropa ölkələri üçün etibarlı strateji tərəfdaş olmasının bariz nümunəsidir. Azərbaycan qazının dünya bazarlarına nəqli sayəsində ölkəmizin gələcək daha da inkişaf edib, tanınmasına böyük zəmin yaradır.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və yeni reallıqlar yaratmışdır.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib

1992 – ci ilin mart ayında Azərbaycan Respublikası NATO ilə əməklaşlıqlarının təməlini qoymuşdur. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanmış və 1997 – ci ildə isə Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.

Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Prezident cənab İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulması səbəbilə daha da genişləndirilir. O, NATO-nun mənzil-qərargahına 6 dəfə, NATO-nun Baş katibləri isə Azərbaycana 3 dəfə səfər etmişdir.

Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.

Azərbaycanla NATO arasında da ikitərəfli əlaqələr mövcuddur. 2022-ci ildə Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü baş tutdu.

Bütün bunlar Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdiyini təsdiqləyən amillərdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır

44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.

İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Azərbaycan 27 il ərzində onun ədalətli mövqeyini qəbul etmək istəməyənlərə, Ermənistana və ona havadarlıq edib işğalın davam etdirilməsini təmin edənlərə 44 gün ərzində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə başa saldı ki, artıq o, özü bir güc sahibidir. Güclü iqtisadiyyatı, qüdrətli ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bir sözlə, Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu.

İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq, Qarabağ təkcə ölkənin deyil, region ölkələrinin ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Azərbaycanın qaz ehtiyatları çox zəngindir

Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən layihələr beynəlxalq aləmdə dövlətimizi sabit və etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu strategiyanın təməlində 1994-cü il sentyabrın 21-də dünyanın tanınmış neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyada artıq yeni zaman – Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması dövrü gəlib çatmışdır. Qədim neft diyarı kimi bütün dünyada məşhur olan Azərbaycan artıq beynəlxalq bazarda özünü həm də yeni təbii qaz mənbəyi, etibarlı və təhlükəsiz “mavi yanacaq” təchizatçısı kimi təqdim etmişdir.

Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir.

Avropa dövlətlərinin və Azərbaycanın qazın şaxələndirilmiş yollarla nəqli barədə mövqeləri üst-üstə düşür, artıq bu istiqamətdə iddialı layihələr də mövcuddur. Bütün bu layihələr Xəzər qazının, xüsusən də Azərbaycanda hasil olunacaq “mavi yanacağ”ın dünya bazarlarına nəqlini nəzərdə tutur. Azərbaycan necə ki, neftin dünya bazarlarına çıxarılmasında önəmli və etibarlı tərəfdaş statusunu qazanmışdırsa, artıq yeni dövrdə qaz sahəsində də o statusu qazanmaqdadır. Bəli, bütün proseslər Azərbaycanda hasil olunacaq qazın Avropaya çatdırılması istiqamətində gedir. Artıq əminliklə demək olar ki, yaxın gələcəkdə Avropa Azərbaycan qazı ilə isinəcəkdir. Bu isə, Azərbaycana əlavə üstünlüklər qazandıracaqdır.

Bütün bu deyilənlər Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsində rolunun getdikcə artmasını təsdiqləyir. Müasir dünyanın reallıqları elədir ki, müxtəlif istiqamətləri əhatə edən inteqrasiya prosesləri olmadan gələcək uğurlu inkişafı təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi ardıcıl siyasət təqdirəlayiqdir və dünya birliyi tərəfindən rəğbətlə qarşılanır.

Zərdab  rayon  Həsən  bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova