Xəbəraz

Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi

Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi.

44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Ermənistanın işğal siyasətinə son qoydu. Azərbaycan ədaləti özü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnaməsinin icrasını özü təmin etdi. Bu qələbə ilə dövlətimiz vasitəçilərin həll etmək istəmədikləri problemi yoluna qoydu və yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. İşğaldan azad edilmiş və boşaldılmış torpaqlarımızda düşmən tərəfindən bütün infrastruktur dağıdılmış, yaşayış binaları və tarixi-dini memarlıq abidələri məhv edilmişdir. Artıq bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri gedir.

Fəal gənc – Əvəz Kərimli