Xəbəraz

Zərdabda “Milli mənəvi dəyərlərimiz və müasir gənclik” mövzusunda toplantı keçirildi-FOTO

  • 09 Fevral 2023
  • 1.967 baxış.
Zərdabda “Milli mənəvi dəyərlərimiz və müasir gənclik” mövzusunda toplantı keçirildi-FOTO

Fevralın 9-da Zərdab Rayon Gənclər və İdman idarəsinin və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimiz və müasir gənclik” mövzusunda toplantı keçirildi.

”Xəbəraz” xəbər verir ki,tədbirdə Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Zərdab Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, Muzeyin əməkdaşları Maisə Babayeva və Aybəniz Abdullayeva, Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi Eşqin Məmmədov çıxış edərək ölkəmizdə hər zaman milli mənəvi və bəşəri dəyərlərə böyük ehtiram göstərilməsindən, milli mənəvi dəyərlərin insanı formalaşdıran mühüm amil olmasından, milli mənəvi dəyərlərimizə sadiqliyin, onları yaşatmağın, təbliğ etməyin və qorumağın gənc nəsil üçün vacibliyindən bəhs etdilər.

Toplantı qarşılıqlı müzakirələr şəraitində davam etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

image-5614446a-16f1-43a9-9daf-cf16217175eaimage-f0438c20-305a-43e7-a379-2fc02984328eimage-faa82e63-db4a-4592-b357-ef634a3b9875image-4f7a70e6-290c-45d4-b501-08f34f7476b0image-04d4be76-6cfd-4f9e-8327-b0436e229a7dimage-98cc43c3-beb2-488a-a9ac-578a53b61625image-9f0f0123-d19f-48b5-8e00-e79515d9e761image-c7e84663-ff34-4ac8-b0dc-51fa31d3f6f9image-f7d37d35-e0de-4aab-ab5b-e6cd2ec72b4d