Xəbəraz

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

2023-cü ili aprel ayının 5-də Prezident cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri zamanı mədəni əlaəqlərimizin tarixinə toxunaraq, cənab Prezident hər iki ölkədə mədəni irsə, tarixi ənənəyə hörmətin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək demişdir: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir.”

Tacikistanda Nizami Gəncəvi irsinə böyük ehtiramın olması hələ qədimdən bəri mədəni əlaqələri möhkəm olan bu iki xalqın bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələri inkişaf edirmək üçün ciddi əsası vardır. Səfər zamanı imzalanan sənədlər göstərir ki, hər iki tərəf tarixən mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələri bundan sonra da davam və inkişaf etdirmək əzmindədir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim