Xəbəraz

Qadın futbolçularımız yenə məğlub OLDU

  • 11 Aprel 2023
  • 942 baxış.
Qadın futbolçularımız yenə məğlub OLDU

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

Xəbəraz xəbər verir ki, Slovakiya komandası ilə qarşılaşan Azərbaycan millisi 0:4 hesabı ilə məğlub olub.

Yığmamız ilk oyunda Monteneqroya 0:3 hesabı ilə uduzmuşdu.