Təcili yardım qəzaya düşdü: xəstə öldü

Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var.
”Xəbəraz” xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Rəfi Hüsi oğlu Məmmədov hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.
Faktla bağlı araşdırma aparılır.