Xəbəraz

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

 Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri.

Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir. Noyabr ayının 19-da ölkəmizə daha bir dövlət başçısının səfəri baş tutmuş, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Prezident Əbdüllətif Camal Rəşidin səfəri diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm İraq, həm bizim dövlətimiz üçün tarixi hadisədir. Ona görə, şübhəmiz yoxdur ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər.

İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin  suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Bəhs olunan səfərin reallaşması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı ölkəmizə gələn İraq Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət qarşı tərəfdən məmnunluqla qəbul olunub. Dost ölkənin dövlət başçısının ölkəmizə reallaşan  ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev 

 

 

İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycan sülhə hazırdır

Azərbaycan hər zaman sülhə, əməkdaşlığa, sabitliyə öz sadiqliyini nümayiş etdirib. Ölkəmiz regionda və dünyada sülhün təminatı üçün öz mövqeyini ortaya qoyub. Azərbaycanın 30 ilə yaxın öz ərazilərindəki terror, talançılığa, soyqırımı siyasətinə baxmayaraq prosesə sülh yolu ilə son qoymaq üçün iradə nümayiş etdirib. Amma buna baxmayaraq dünyada bütün dövlətlər heç də hər zaman sülh, sabitlik, təhlükəsizlik üçün çalışmır.

2020-ci ildə Ali Baş Komandanımızın güclü siyasəti, Ordumuzun yüksək səviyyədə hazırlığı və xalqımızın birliyi nəticəsində Azərbaycanın əraziləri cinayətkar ermənilərin işğalında azad edildi. Cəmi 44 gün ərzində ərazi bütövlünü pərpa edən Azərbaycan dövləti yenilməz ordumuz tərəfindən 24 saat ərzində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa etdi. Bu da regionda təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda sülhün bərqərar olmasına imkan yaradır. Ermənistan sülh sazişi bağlamağa maraqlı olmayıb, əksinə 30 illik işğal dövründə Azərbaycanın tarixini bu torpaqlardan silməyə çalışıb. Mədəni, dini, tarixi abidələrimizi dağıdıb, tarixi şəhərlərimizi yerlə yeksan edib.  Azərbaycan isə həmişə sülhün tərəfdarı olub və otuz il işğalçı Ermənistanın zəbt etdiyi torpaqların sülh yolu ilə, danışıq yolu ilə geri qaytarılmasını tələb edib. Ölkə başçımız cəna İlham Əliyevin Vətən müharibəsindən sonra Ermənistanla mövcud məsələləri müzakirə etməyə hazır olduğunu bəyan etməsi sülhə, əməkdaşlığa, sabitliyə yönələn mühüm addımdır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva