Xəbəraz

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir

Bu gün yeniləşən dünyamızda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə daha çox iqtisadi-siyasi sabitlik və sülh lazımdır. Beynəlxalq platformalar vasitəsilə bu qəbildən olan mövzuların müzakirələrini təşkil edən dövlətlər, hökumətlər gözəl başa düşürlər ki, doğrudan da bu gün davamlı inkişafa nail olmağın həllini, eləcə də formalaşmaqda olan yeni siyasi arxitekturanı daha yaxşı, səmərəli təşkil etmək üçün əsas mexanizm kimi sağlam dialoq və əməkdaşlıq gücləndirilməlidir. Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu uğurla nümayiş etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxvektorlu iqtisadi siyasət, tətbiq edilən mükəmməl idarəçilik modeli nəinki Cənubi Qafqaz, artıq Mərkəzi Asiya regionunun da inkişafında əhəmiyyətli təsirə malikdir.

Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli formatlarda qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ortaya qoyur, regionun dövlət başçılarının yüksək səviyyəli görüşlərində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edir. Keçdiyimiz günlərdə bu münasibətlərə Birləşmiş Millətlər Təşkilatının çətiri altında Azərbaycan tərəfindən yeni nəfəs verildi, tarixdə ilk dəfə olaraq BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın dövlət və hökumət başçılarının Zirvə görüşü məhz Bakı şəhərində baş tutdu. SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb. SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarətdir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaranmasının 25-ci ildönümü münasibətilə Bakıda keçirilən Zirvə görüşündə Prezident cənab İlham Əliyevin çıxışı, daha sonra görüşdə iştirak edən dövlətlərin başçıları ilə SPECA-nın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması ölkəmizin təsisat üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işləri ortaya qoydu. Prezident cənab İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etmələri daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Bu təşəbbüslər əlbəttə ki, Azərbaycanın apardığı ardıcıl siyasətin, nail olduğu siyasi sabitlik və müstəqil iqtisadiyyatın təzahürüdür. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun 4 dəfə artması, yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 5,5 faizə düşməsi, valyuta ehtiyatlarımzın birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələməsi, eyni zamanda, ölkəmizdə xarici dövlətlər, şirkətlər üçün əlverişli investisiya mühiti yaradıb. Belə ki, son 20 ildə 200 milyard ABŞ dollarına yaxın məbləğin qeyri-enerji sektorunun payına düşməsi ilə, Azərbaycan iqtisadiyyatına ümumilikdə 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

BMT üçün SPECA-nın əhəmiyyətinin öncəki illərlə müqayisədə artmaqdadır. Bu il BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edilmiş, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan öz növbəsində Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. BMT-nin alt strukturlarından olan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) SPECA çərçivəsində fəaliyyətlərə dəstək verir. Cari il oktyabrın 19-20-də UNECE-nin təşkilatçılığı ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Regional Konfransda da Azərbaycan Respublikasının nümayəndə heyəti yüksək səviyyədə təmsil olunub. Yüksələn xətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini