Xəbəraz

Zirvə görüşü son 25 ildə SPECA-ya üzv ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı

Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı

Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı

Azərbaycanın regionda yaratdığı reallıqlar Mərkəzi Asiya ölkələrinin inkişafına öz müsbət təsirini göstərir. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, regionda yeni reallıq yaradıldı.  Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin qarantına çevrilib. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana diqqət və marağını artırır, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır.  Dövlət başçısı İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb.  Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.  Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı:  “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu əminliyi də ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi.  Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.”

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb

Keçirilən tədbirlərin əhatə etdiyi mövzudan asılı olmayaraq dövlət başçısı İlham Əliyev hər bir çıxışında artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu  əsaslı şəkildə qeyd edir: “Sözügedən Zirvə görüşü də bu baxımdan diqqətdə oldu.  Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də  Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edildi və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.”

Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib: “Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam əsas yer tutur ki, ədalət və beynəlxalq hüquq əsasdır, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərindən sonra qarşı tərəfə sülh təklifini etsə də hələ də Ermənistanın  konkret addım atmadığı göz önündədir. Bəzi dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri vəziyyəti gərginləşdirir.  Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb.”

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönələn Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır

Azərbaycan artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. Xüsusilə Vətən müharibəsində tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında öz sözünü deyir. Bunun üçün təkcə son aylarda  Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına xidmət edən qarşılıqlı səfərlərə, ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı  tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Zirvə görüşündə Proqrama üzv  ölkələrin prezidentlərinin və digər yüksək səviyyəli rəsmilərinin iştirak etmələri bunu bir daha sübut etdi. Belə ki, Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə  Zirvə görüşünə  fəxri qonaq qismində qatıldılar.

Bu məqamds xatırlatmaq yerinə düşər  ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə  Cənubun kəsişməsində  yerləşməsi ona əlverişli tranzit imkanları yaradır.

Ölkəmizin iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran, onun şaxələndirilməsi siyasətini uğurla həyata keçirən Azərbaycanın iqtisadi uğurlarından geniş bəhs edən dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqama xüsusu diqqət yönəldərək bildirdi ki, ölkələrimizi birləşdirən daha bir amil  siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Ümumiyyətlə, ölkəmizin bugünkü sosial-iqtisadi göstəriciləri Zirvə görüşünün iştirkçıları tərəfindən təqdir edildi. Diqqətə çatdırıldı ki,  son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Bu gün Azərbaycan dinamik inkişafının yeni  mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında  bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra  genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Hazırda Füzulidə Qazaxıstanın hədiyyəsi  olan Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa edilir və gələn il istifadəyə veriləcək.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib

Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İlham Əliyevin görüşündə bu mühüm məqam da  xüsusi qeyd edildi ki, noyabrın 24-də  işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin   Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malikdir.  Bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq.

Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçmələri iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalçılarından təmizləyərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib. Azərbaycan irəli sürdüyü təşəbbüslərlə, reallığa çevirdiyi enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.

Zirvə görüşündəki çıxışında “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir. Azərbaycan sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Dövlət başçısı İlham Əliyevin Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley   Zirvə görüşündə qeyd etdiyi kimi, biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq müşahidə edilir

Əsası 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illik yubiley sammiti keçirildi.  Tədbirdə məlum səbəblərdən Əfqanıstan istisna olmaqla, bu proqramda iştirak edən bütün ölkələrin başçıları, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, və Özbəkistan prezidentləri, Türkmənistanın yüksək vəzifəli şəxsləri   iştirak etdilər. Eyni zamanda, Gürcüstan və Macarıstanın baş nazirləri, eləcə də Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaq qismində dəvət olunublar. Qeyd edək ki, bu strukturun 25 illik fəaliyyət göstərməsinə baxmayaraq, onun çərçivəsində ilk dəfədir ki, Zirvə görüşü təşkil olunurdu.

Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq müşahidə edilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ortaq tarixi münasibətləri var və eyni zamanda, bu ölkələrin həm siyasi, həm də iqtisadi maraqları üst-üstə düşür. Və bu yaxınlaşma prosesi dünya siyasətinin və iqtisadiyyatının çox həssas, çətin bir dövründə baş verir.  Dünyada baş verən hadisələr bir daha müxtəlif birliklərin, qurumların praqmatik fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan SPECA proqramının iştirakçıları problemləri qarşılıqlı əlaqəni artırmaq yolu ilə aradan qaldırmaq niyyətindədirlər. SPECA proqramına daxil olan ölkələr ikitərəfli səviyyədə çox ciddi əməkdaşlıq edir və bu əlaqələr çoxtərəfli formatlarda möhkəmlənir. Belə ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə əməkdaşlıq etdiyi platformalar, təkcə SPECA deyil, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi müxtəlif təşkilatlardır. Xəzərdə əməkdaşlıq ayrıca sahə hesab edilməlidir. Burada SPECA-ya üzv ölkələr digər oyunçularla – İran və Rusiya ilə fəal əməkdaşlıq edir ki, bu da Xəzər dənizini regional siyasət və iqtisadiyyatın müxtəlif mərkəzləri arasında qarşılıqlı fəaliyyət platformasına çevirir və o, mühüm nəqliyyat qovşağına çevrilir.

Dəniz region ölkələri üçün mühüm iqtisadi amildir. Burada böyük həcmdə karbohidrogen ehtiyatları çıxarılır və çox yaxın gələcəkdə Xəzər dənizi də bərpa olunan mənbələrdən mühüm enerji mənbəyinə çevriləcəkdir. Ona görə də Xəzər dənizində əməkdaşlıq regionun bütün ölkələri üçün xüsusi maraq kəsb edir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna böyük sərmayə qoyaraq, ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirmişdir. Artıq Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən biridir.  Son 20 ildə iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Siyasi sabitlik olmadan heç bir ölkənin iqtisadiyyatı inkişaf edə bilməz

 Azərbaycan regional yenidənqurma prosesinə, o cümlədən ticarət və enerji dəhlizləri şəbəkəsinin yenilənməsinə, habelə dayanıqlı üçüncü ölkə iqtisadiyyatları ilə əlaqələrin tənzimlənməsi məsələsi üzrə təşəbbüslər göstərir və hətta bu prosesə rəhbərlik edir. Rəsmi Bakının BMT-nin az qala ölmüş təşəbbüsünü yeni siyasi və iqtisadi gündəm formatında canlandırmaq ideyası olduqca diqqətəlayiqdir. Azərbaycanın xarici siyasət strategiyası ölkənin mövcud sosial-iqtisadi və siyasi çağırışlara mövqeyini gücləndirmək üçün uyğunlaşdırıla bilən regional inteqrasiya mövzuları üzrə istənilən xarici siyasət dialoq formatlarını qurmaq və canlandırmaqdan ibarətdir. Bu strategiya çərçivəsində ideya müəllifinin hansı strukturun və konkret hansı dövlətin olmasının əhəmiyyəti yoxdur. Üstəlik, bunun hətta müəyyən üstünlükləri də var. Beləliklə, Bakı BMT strukturlarında əhəmiyyətini artırır və regional proqramların idarə edilməsi rıçaqlarını öz üzərinə götürür. Təşkilatın gələcək islahatları prosesində bunun ciddi əhəmiyyəti olacaq. Bu gün BMT-nin himayəsi altında yaradılsa da, əslində bu strukturun inkişafına ilk dəfə 3,5 milyon ABŞ dolları məbləğində dəstək olan Azərbaycan SPECA Etimad Fondunun yaradılması timsalında artıq bunu görmək olar. Bununla, SPECA özünün inzibati və bürokratik idarəetmə və regionda vəziyyətin monitorinqi strukturunu əldə edəcəkdir.

Azərbaycan sabit siyasi və iqtisadi mühitə, dayanıqlı iqtisadiyyata və sosial rifaha malik ölkədir. Odur ki, Azərbaycan həm Mərkəzi Asiya üçün Avropaya, həm də Qərb üçün bu regiona qapı, açar rolunu oynayır. 25 illik tarixi olan SPECA Bakının təsiri altında yeni və fərqli bir təşəbbüsə çevrilməkdədir.  Potensial olaraq, o, çevik birləşmə, dialoq və səylərin əməkdaşlığı formatında region üçün bütün iqtisadi təşəbbüslərin uyğunlaşdırılması üçün strukturu təmsil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirdilər. Bununla da SPECA-nın yeni iqtisadi konturunun əsas xətlərini görmək mümükündür.

Prezident İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə siyasi sabitlik amilinə diqqət çəkdi.  Siyasi sabitlik olmadan heç bir ölkənin iqtisadiyyatı inkişaf edə bilməz: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.  Amma bütün ölkələri uğurlu ölkə saymaq olmaz. Elə ölkələr var ki, hər zaman hansısa “ağaya” ehtiyacı var, öz qonşularına ərazi iddiası irəli sürür, işğalçılıq siyasəti həyata keçirir, bölgədə sülh və təhlükəsizliyə əngəl yaradır.  Ölkə başçısı Zirvə görüşündə bu məsələni xüsusi olaraq vurğuladı: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”. Marionet Ermənistandan fərqli olaraq SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün geniş imkanlar açır

Zirvə görüşündə Azərbaycanın tarixi qələbəsindən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsindən bəhs edən Prezident İlham Əliyev hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi: “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”. Və əlbəttə ki, ölkə başçısı dost və qardaş ölkələrin bu prosesə verdiyi dəstəyi bir daha minnətdarlıqla xatırlatdı.

Ümumiyyətlə, SPECA həftəsi çərçivəsində Bakıda təşkil olunan iqtisadi forum və Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ölkələrimiz arasındakı iki və çoxtərəfli  biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Beləliklə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün geniş imkanlar açır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

SPECA ölkələri Qarabağı iqtisadi əməkdaşlıq platformasına çevirir

Bu gün yeniləşən dünyamızda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə daha çox iqtisadi-siyasi sabitlik və sülh lazımdır. Beynəlxalq platformalar vasitəsilə bu qəbildən olan mövzuların müzakirələrini təşkil edən dövlətlər, hökumətlər gözəl başa düşürlər ki, doğrudan da bu gün davamlı inkişafa nail olmağın həllini, eləcə də formalaşmaqda olan yeni siyasi arxitekturanı daha yaxşı, səmərəli təşkil etmək üçün əsas mexanizm kimi sağlam dialoq və əməkdaşlıq gücləndirilməlidir.

Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu uğurla nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxvektorlu iqtisadi siyasət, tətbiq edilən mükəmməl idarəçilik modeli nəinki Cənubi Qafqaz, artıq Mərkəzi Asiya regionunun da inkişafında əhəmiyyətli təsirə malikdir.

Keçdiyimiz günlərdə bu münasibətlərə Birləşmiş Millətlər Təşkilatının çətiri altında Azərbaycan tərəfindən yeni nəfəs verildi, tarixdə ilk dəfə olaraq BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın dövlət və hökumət başçılarının Zirvə görüşü məhz Bakı şəhərində baş tutdu.

SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb. SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarətdir.

.SPECA-nın yaranmasının 25-ci ildönümü münasibətilə Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, daha sonra görüşdə iştirak edən dövlətlərin başçıları ilə SPECA-nın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması ölkəmizin təsisat üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işləri ortaya qoydu. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etmələri daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Bu təşəbbüslər əlbəttə ki, Azərbaycanın apardığı ardıcıl siyasətin, nail olduğu siyasi sabitlik və müstəqil iqtisadiyyatın təzahürüdür. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun 4 dəfə artması, yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 5,5 faizə düşməsi, valyuta ehtiyatlarımzın birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələməsi, eyni zamanda, ölkəmizdə xarici dövlətlər, şirkətlər üçün əlverişli investisiya mühiti yaradıb. Belə ki, son 20 ildə 200 milyard ABŞ dollarına yaxın məbləğin qeyri-enerji sektorunun payına düşməsi ilə, Azərbaycan iqtisadiyyatına ümumilikdə 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir

Bu il BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edilmiş, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan öz növbəsində Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. BMT-nin alt strukturlarından olan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) SPECA çərçivəsində fəaliyyətlərə dəstək verir. Cari il oktyabrın 19-20-də UNECE-nin təşkilatçılığı ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Regional Konfransda da Azərbaycan Respublikasının nümayəndə heyəti, o cümlədən Milli Məclis də yüksək səviyyədə təmsil olunub.

Yüksələn xətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir. Bu məqam Azərbaycan Prezidenti tərəfindən xüsusi vurğulandı və bu dövlətlərin payı yüksək qiymətləndirildi. Prezident İlham Əliyev qardaş Özbəkistan və Qazaxıstanın Azərbaycan xalqı üçün hədiyyə olaraq inşa etdiyi məktəb və yaradıcılıq mərkəzindən bəhs edərək, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə tədbirlərin görüldüyünü qeyd etdi.

Qarabağımızın cənnətə çevrilməsi istiqamətində görülən işlərə Mərkəzi Asiya regionu ölkələrinin cəlb olunması həm Azərbaycana xarici investisiya axınının həcmini artıraraq yeni əməkdaşlıq istiqamətləri açır, eləcə də Böyük Qayıdışın daha da sürətlənməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli formatlarda qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ortaya qoyur, regionun dövlət başçılarının yüksək səviyyəli görüşlərində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edir.

Beləliklə, Qarabağ Azərbaycan xalqının qürur, fəxarət mənbəyi olmaqla yanaşı, eyni zamanda, dünyada sülhün, ədalətin və qarşılıqlı əməkdaşlığın mərkəzinə çevrilməkdədir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini