Xəbəraz

Diqqət! Konstitusiya Məhkəməsinin özəlləşdirmə çekləri ilə bağlı qərarı olacaq … VİDEO

Diqqət! Konstitusiya Məhkəməsinin özəlləşdirmə çekləri ilə bağlı qərarı olacaq … VİDEO

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən pay almaq hüququnu reallaşdırmaq istəyən 1 milyon vətəndaş özəlləşdirmə çeklərinin dövriyyə müddətinin bərpa olunmasını gözləyir.  Hazırda gözlər Konstitusiya Məhkəməsindədir. Konstitusiya Məhkəməsinin özəlləşdirmə paylarının bu və ya başqa formada dəyərinin ödənməsinə dair qərar qəbul etməsi gözlənilir. Noyabrın 30-da özəlləşdirmə çeklərinin bərpasını gözləyən 50 nəfərə yaxın çek sahibi növbəti dəfə Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. Konstitusiya Məhkəməsinin yetkilisi pay sahiblərinə vəd verib və məsələyə baxılacağını deyib.
A.Cəfərov bildirib ki, Konstitusiya Məhkəməsi tərəfindən 9 dövlət qurumuna sorğu göndərilib, onlardan 7-dən cavab gəlib. Ancaq Nazirlər Kabineti və Ali Məhkəmədən hələ cavab gəlməyib. Bu iki qurumla da mütəmadi əlaqə saxlanılır və yaxın günlərdə cavab veriləcək. O, qeyd edb ki, 2023-cü ilin dekabr ayının axırına qədər bu məsələyə mütləq şəkildə baxılaraq aydınlıq gətiriləcək və məsələ yekunlaşacaq.
Nazirlər Kabineti və Ali Məhkəmənin müraciətə cavabı gecikdirməsi vətəndaşları narazı salıb. Onlar naməlum səbəbdən prosesin yubadılmasını qınayıb, tezliklə məsələyə reaksiya verilməsini tələb ediblər. Xatırladaq ki, bu iki quruma məktublar sentyabr ayında göndərilib, onlar rəsmi olaraq 1 ay müddətində cavab verməli olduqları halda, 3 aydan artıqdır ki, cavab gəlmir.

Nazirlər Kabineti bu məktub əsasında 3 dövlət qurumuna -Ədliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə məktub göndərib. Hər 3 qurumdan Konstitusiya Məhkəməsinə cavab məktubları daxil olub. Lakin Nazirlər Kabineti hələ bu cavablar əsasında məktub hazırlayıb KM-ə göndərməyib. Bu da prosesin ləngiməsinə səbəb olub. Eyni məsələ Ali Məhkəməyə də aiddir. 3 aydır ki, onlardan da cavab gəlməyib. Bu da özəlləşdirmə çeklərinin sahibləri narahatlıq keçirirlər, mənəvi əziyyət çəkirlər.

Qeyd edək ki, Cənab Prezidentin göstərişi ilə Prezident Aparatından Konstitusiya Məhkəməsinə daxil olmuş məktubdan sonra proseslər aktivləşdi və bu qurumlara məktublar göndərildi. Təəssüf ki, işin ləngiməsində Nazirlər Kabineti və Ali Məhkəmə rol oyanır və insanları narazı salırlar.  Vətəndaşlar ümid edir ki, Anar Cəfərovun da qeyd etdiyi kimi özəlləşdirmə çekləri ilə bağlı ilin sonunda müsbət qərar veriləcək.

Vətəndaşlar inanırlar ki, Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın pozulmuş hüquqlarını bərpa edəcək. Ümumilikdə noyabrım 30-da özəlləşdirmə çeklərinə sahib olan vətəndaşların Konstitusiya Məhkəməsində keçirdikləri görüş uğurla nəticələnib. Onlar bu məsələyə illər sonra ilk dəfə dövlət qurumları səviyyəsində reaksiya verilməsini və məsələnin həllinə çalışılmasını sevindirici hal kimi qiymətləndiriblər və əllərində çekləri olan vətəndaşları şad xəbəri gözləməyə çağırıb. Bütün çek sahiblərini təbrik edirik.  Yeni il ərəfəsində bu barədə qərar verilməsi gözlənilir.

Vətəndaşlar bildirdilər ki, əminik və inanırıq ki, Ulu Öndər Heydər Əliyev ili olan 2023-cü ildə və dekabr ayında Prezident İlham Əliyevin doğum günü ərəfəsində, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində verilən qərar 1 milyon insanın ailəsinə sevinc gətirəcək. 
Qeyd edək ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən hər bir vətəndaşa pay düşməsini təmin etmək üçün əhaliyə 1997-ci ildən dövlət tərəfindən inflyasiyadan qorunan özəlləşdirmə paylarının verilməsinə başlanıb. 1 pay 4 çekdən ibarətdir.

Sitat.info özəlləşdirmə çeki sahiblərinin noyabrın 30-da Konstitusiya Məhkəməsinə müraciəti prosesini işıqlandırıb. Vətəndaşlar bu barədə fikirlərini kameramıza da danışıblar. Həmin videonu təqdim edirik.