Xəbəraz

Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi

Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi

Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən 30 il ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Respublikamız danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir. Azərbaycan danışıqların formal aparılmasının əleyhinə idi. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal rejiminin saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Belə ikili standartlar qlobal miqyasda təhlükələrə yol açır. ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub.

Azərbaycan bu münaqişəni hərbi-siyasi vasitələrlə həll etdi. “Hərbi variant yoxdur” deyənlərin indi özləri də anlayırlar ki, münaqişənin hərbi yolla həlli var idi. Sadəcə, müəyyən qüvvələr mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyətindəki qeyri-ardıcıllıq diqqət çəkməyə bilməz. Gəlin, xatırlayaq. Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir və ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini öz nəzarəti altında saxlaması faktı ilə barışır. Belə görünür ki, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan xalqının iradəsinə yaxşı bələd olmayıblar. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına həmişə inandı və qələbəmizə addım-addım yaxınlaşdı. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Münaqişə həll olunub

Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ümumiyyətlə, 44 günlük müharibə Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu. Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Müharibə dövründə Azərbaycan xalqı bütün məsələlər barədə daim ətraflı məlumatlandırılırdı. Ermənistan hakimiyyəti isə öz xalqını aldatdı və noyabrın 10-da üçtərəfli Bəyanat imzalananda işğalçı ölkənin ictimaiyyəti şok yaşadı. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın baş naziri Nikol Paşinyan zamanında Azərbaycana qarşı 7 şərt irəli sürəndə Prezident İlham Əliyev bu şərtləri rədd etdi və cəmi bir şərt irəli sürdü – işğala son qoyulmalıdır, əks təqdirdə Azərbaycan digər vasitələrlə buna nail olacaq. Beləliklə, Azərbaycan Ermənistanın təxribatlarına əzəli torpaqlarını öz gücü ilə işğaldan tam azad etməklə cavab verdi. Prezident İlham Əliyev Öz sözünü tutdu. Ermənistan kapitulyasiya etdikdən və Azərbaycanın şərtlərini yerinə yetirməyə razı olduqdan dərhal sonra Azərbaycan hərbi əməliyyatları dayandırdı. 1993-cü ildə azərbaycanlıları doğma ev-eşiklərindən heç bir vaxt vermədən, zorla qovan Ermənistandan fərqli olaraq, Azərbaycan torpaqların azad olunmasına vaxt da verdi, hətta Kəlbəcərin boşaldılması üçün verilən müddətin 10 gün uzadılmasına da razı oldu. Öz torpaqlarını işğaldan təmizləyən Azərbaycanın hərbi əməliyyatları düşmən ərazisinə keçirmək imkanları olsa da, ölkəmiz bunu etmədi, çünki bizim belə bir niyyətimiz olmayıb.

Azərbaycan otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə kimi ciddi siyasi iradə göstərdi. Azərbaycan müvafiq komissiyaların yaradılmasını təklif etdi ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev