Xəbəraz

Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır

Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı  beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır

Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı  beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş qələbə qazandı.

Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfərimiz Prezident İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin, hərbi-diplomatik zəfərinin, qlobal təşəbbüslərinin bir lider kimi xalqı vahid amal uğrunda səfərbər etməsinin bəhrəsidir. Bəli, İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın Zəfər salnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq liderdən müdriklik, səbir, vətənə sevgi, yüksək sərkərdəlik məharəti tələb edir: “Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var”. Bir sözlə, Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış Proqramı isə Azərbaycanımızın sabahının daha parlaq olacağına və yeni zəfər səhifələrinə imza atılacağına tam əminlik yaradır.

Azərbaycan ictimaiyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələri xatırlayarkən müstəqilliyini bərpa edən bir respublikanın hansı ağır sınaqlarla üz-üzə qaldığını göz önünə gətirir. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkə tədricən böhranlı vəziyyətdən çıxa bilmişdir. Bu siyasi kurs ulu öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Xalqın Prezident İlham Əliyevə olan inamının nəticəsidir ki, Azərbaycan dövləti bu gün dünyada öz sözünü deyən, haqqını tələb edən və planetin gələcəyi üçün önəm daşıyan, qlobal proseslərdə yaxından iştirak edən ölkələr sırasında yer alır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dövlətinin ən uğurlu dövrünə şahidlik edirik.

Xüsusilə vurğulamaq lazımdır ki, 2018-ci il və sonrakı dövr Azərbaycan üçün tarixi dəyişikliklərin başladığı bir zaman kəsiyidir. Xalq öz liderinə bir daha arxalanmış və aprelin 11-də keçirilən seçkilərdə Prezident İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bundan sonrakı dövrdə əldə edilən iqtisadi uğurlarımız siyasi müstəqilliyimizi gücləndirdi. Azərbaycan 30 ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Qarabağ problemini həll etdi, dünyanın enerji təhlükəsizliyində mühüm yeri olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail oldu. Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyəti təmin edildi. Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat xətlərinin həyata keçirilməsində həlledici həlqələrdən birinə çevrildi. Ölkəmiz planeti cənginə alan koronavirusla mübarizə sahəsində mühüm təşəbbüslər irəli sürdü və BMT səviyyəsində Xüsusi Sessiyanın keçirilməsinə nail oldu. Azərbaycan Qoşulmama Hərəkatı və TDT kimi bir sıra qlobal təşkilatlarda aktivliyi ilə ön plana çıxdı. Ölkəmizin gücü və haqlı mövqeyi bu təşkilatlar vasitəsilə qlobal tribunalara daşındı. Prezident İlham Əliyevin uğurlu diplomatiyası hesabına Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin möhkəm hüquqi bazası formalaşdı və nəticədə bir sıra beynəlxalq və regional təşkilatların Ermənistanın hərbi təcavüzü ilə bağlı qətnamələr qəbul etməsinə nail olundu.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Nəticədə, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlandı. Ulu öndərin siyasi kursuna sadiqlik nümayiş etdirən xalq bu gün Azərbaycan dövlətinin ən uğurlu dövrünə şahidlik edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il Azərbaycan xalqının tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılmışdır: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən Prezident İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqının etimadını doğrultmuşdur. Bu gün dünyanın tanınmış siyasi liderləri, ictimai xadimlər, beynəlxalq ekspertlər də etiraf edirlər ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkədə ictimai-siyasi sabitliyi təmin etmişdir.

Bütün bunların fonunda əminliklə qeyd edə bilərik ki, 2024-cü ildə keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının qürur və sevinc hissi ilə xatırlayacağı bir hadisə kimi tarixə düşəcək. Suveren ərazilərimizdə dalğalanan üçrəngli bayrağımızın altında vahid şəkildə birləşən xalqımız bundan sonra da uzun illər nailiyyətlərə, zəfərlərə şahidlik edəcək.

 Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

 Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Birmənalı şəkildə deyə bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.

Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.

Bəli, məhz öz torpaqlarında! Bundan böyük qürur və sevinc hiss ola bilməz.

İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin – ölkənin ərazi bütövlüyünün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra – 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Vətən müharibəsində İlham Əliyevin hər iki cəbhədə – döyüş meydanında məğlubedilməz sərkərdə və Ali Baş Komandan, informasiya müharibəsində isə praqmatik diplomat olduğunu bütün dünya ictimaiyyəti gördü.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan bu gün beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib.

Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.

Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.

Beləliklə, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.

Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək – sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. 2024-cü il fevral seçkiləri hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda – Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Zəngilan və s torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək

Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi.

Cari ilin dekabr ayının 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycanın Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğalından azad etdi. Cari ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.

Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək

Gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə radikal siyasi qüvvələrin “düşərgəsində” qərəzli mövqe sərgiləməyə cəhd edənlər var. Bütün bunlar təbii ki, ucuz demaqogiyadan uzağa getmir. Əslində isə potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal bir fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümündən başqa bir şey deyil. Seçkilərə hazır deyildik bəhanəsi ilə çıxış edənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkisinin keçirilməsi ilə növbədənkənar prezident seçkisinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə görə, istər normal, istərsə də növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat kampaniyası dövrü üçün verilən müddət eynidir və bu baxımdan da vaxt azlığını arqument gətirmək sadəcə bəhanədir. Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquqlar tanıyır və namizədlərin hər biri bərabər öhdəliklər daşıyır. Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müvafiq imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Qeydiyyata düşmək üçün 5 min və ondan çox özünə üzv toplamaqda çətinlik çəkən müxalifət “düşərgə”sinin “siyasi oyunbaz”larının gələcək seçkilərə olan qərəzli mövqeyi onların  vətən xaini olmalarını bir daha sübut edir.

Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək – sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq. 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədən kənar prezident seçkisi şanlı tariximizə Zəfər seçkisi kimi düşəcək.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

7 fevral seçkisinin keçirilməsi zəruri idi.

Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Ötən illərdə bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. İnanırıq ki, Azərbaycan xalqı növbəti dəfə siyasi müdriklik göstərəcək, Heydər Əliyev siyasətinin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil dövlətimizin daha da gücləndirilməsinə və ölkənin hər bir vətəndaşının iradəsinin əks olunduğu siyasətin davam etməsinə səs verəcək.

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən növbədənkənar prezident seçkisinin keçirilməsi 2024-cü ilin 7 fevralına təyin olunub. Bir sıra təhlilçilər növbədənkənar prezident seçkilərini sürpriz seçkilər kimi dəyərləndirirlər. Amma unudurlar ki, 2018-ci ildə keçirilən prezident seçkiləri də növbədənkənar keçirilib və ötən 5 ildə baş vermis proseslər nəticəsində ölkə öz suverenliyini tam təmin edib. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsbitidir. Həmçinin, bu gün dünya yeni çağırışlarla üz-üzədir. Siyasi proseslərin çox sürətlə cərəyan etdiyi dövrdə yeni siyasi platforma ilə çıxış etmək zərurəti yaranıb. Bu mənada ölkə başçısının Sərəncamı əslində bütün siyasi qüvvələr üçün yeni üfüqlər açır. Təəssüf ki, bu vəziyyəti obyektiv qiymətləndirməyən siyasi partiya liderləri yenə də manipulyasiya ilə məşğuldurlar.

Azərbaycan Zəfər qazandıqdan sonra keçiriləcək bu seçki Azərbaycan tarixinə Zəfər seçkisi kimi düşəcək. Çünki cənab Prezident bu günə kimi verdiyi bütün vədlərə əməl edib. Dünyada baş verən proseslər ölkəmizdə də yeni siyasi konfiqurasiyanın formalaşması ilə sonuclana bilər. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” – deyən Prezidentimiz ölkəni və region yaxın gələcəkdə nə gözlədiyini hamıdan daha yaxşı bilir və analiz edir. Çox yox, 4 ay bundan əvvəl bir çox siyasi opponentlər Xankəndinin, Xocalının ermənilərdə qalacağını iddia edirdilər. Sentyabrın 19-da və 20-də bütün ölkədə suverenliyimizin bərpa edilməsi ilə bütün iddialar aradan qalxdıqdan sonra, bəziləri bu dəfə rus qoşunlarının ölkədən çıxarılmamasını müstəqilliyimizi şübhə altına aldığını bildirirlər. Amma unutmaq olmaz ki, siyasətçi ekspert qismində çıxış etməməli, dövlətin və xalqın mənafeyindən çıxış etməlidir. Əslində Prezident bu Sərəncamla özünə və xalqın dəstəyinə inandığını göstərdi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Növbədənkənar seçkilərin keçirilməsi bütün sivil dünyada qəbul olunmuş siyasi təcrübədir

Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir. Heç bir şübhə yoxdur ki, bu seçkilərdə də Azərbaycan xalqı uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, gərgin səyləri nəticəsində “Qarabağ Azərbaycandır!” şüarını yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq, öz Prezidentinin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində apardığı quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Xüsusi olaraq belə bir önəmli məqamı qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Ölkəmizdə 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm bütünlükdə Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkə  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə şərəflə dalğalandırdı.

Azərbaycan üç il bundan əvvəl Vətən müharibəsinin gedişində savaş meydanında əldə etdiyi tarixi Qələbəsini sonradan siyasi müstəvidə də təsdiqlədi. Lakin bu gün biz görürük ki, Fransa timsalında bəzi Qərb dövlətləri hələ də ölkəmizin bu Zəfərini həzm edə bilmirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı təxribatlarının qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Təəssüflər olsun ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən bəzi radikal siyasi qüvvələr gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlər səsləndirməklə sadəcə düşmən dəyirmanına su tökürlər. Halbuki, Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Birmənalıdır ki, potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc