Xəbəraz

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

Bu il dekabrın 21-də Müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisə baş verdi. Həmin gün Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qalib Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu futbol oyunu sıravi bir idman hadisəsi deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Belə ki, ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi.

Bu tədbirə xüsusi rəng verən isə həmin oyunda ölkəmizin Prezidentinin və birinci xanım Mehriban Əliyevanın burada iştirakı oldu.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Təşkilatçılar tərəfindən böyük hazırlıq işləri görülüb. Bu gün bütün Qarabağın ərazisində aparılan quruculuq-abadlıq işləri Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi şəhərindəki stadion cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub. Bu idman qurğusünda separatizm simvolikasını əks etdirən bütün yazılar ləğv edilərək tarixin zibilxanasına atılıb.
Bu tarixi futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası vardır. Təməli Qarabağ xanı tərəfindən qoyulan Xankəndi qədim Azərbaycan diyarıdır. Son 30 il ərzində Xankəndidə separatçılar yuva salmış, Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Xankəndi şəhərində keçirilən futbol matçından əvvəl bu mərasimdə çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

Əliyeva Aynurə

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi