Xəbəraz

Ölkəmizin etibarlı strateji tərəfdaş imici

Ölkəmizin etibarlı strateji tərəfdaş imici

Ölkəmizin etibarlı strateji tərəfdaş imici.

Azərbaycan müstəqillik qazandıqdan sonra dünya siyasi orbitinə düşməsinə baxmayaraq, xarici siyasət sahəsində ilk uğurlu addımları Ümummilli Lider Heydər Əliyev təkrar hakimiyyətə gələndən sonra formalaşmağa başladı. Ölkəmiz dünyaya etibarlı tərəfdaş kimi təqdim olundu və bu təqdimat özünü çox gözlətmədi. Məhz Ümummilli liderin peşəkarlığı nəticəsində 1994-cü ilin may ayında atəşkəs əldə olundu və sentyabr ayını 20-də “Əsrin müqavilsi” imzalandı. Ölkəmiz sürətlə dünyaya inteqrasiya olunmağa başladı və iştirak etdiyi bütün layihələrdə etibarlı, güvənli bir dövlət kimi öz yerini və tərəfdaş ciddiyyətini bu günə qədər uğurla qoruyub saxlayır. Ölkəmizin iştirak etdiyi bütün layihələrlə bağlı verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qorunması sahəsində göstərdiyi siyasət dövlətimizin müsbət imicinin formalaşması ilə nəticələndi. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş müsbət imicin qoruyub saxladı, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacardı. Artıq ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik sahələrində həyat keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü etibarlı bir tərəfdaş kimi qəbul elətdirib. Çünki Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə beynəlxalq siyasi arenada özünü, güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətin xarsi siyasət kursunda öhdəliklərin yerinə yetirilməsi sahəsində həmişə ardıcıl və səmimi olmuşdur. Ölkə başçısı tez-tez öz çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunur və bu siyasət barədə ətraflı məlumat verir. Cəmiyyətə çatdırıla bilməsinin mümkünlüyü səviyyəsində xarici siyasət barədə ölkə başçısı həmişə həm xalqı ilə, həm də tərəfdaşları ilə açıq və səmimi olub. Xarici siyasət sahəsində ölkəmiz milli maraqların qorunması şərti ilə beynəlxalq hüquqa əsaslanan bir siyasət sərgiləyir. Məqsəd qoşulduğumuz və razılaşdığımız ikitərəfli və çoxtərfli əməkdaşlıq sahəsində yeni uğurların qazanılmasıdır. Azərbaycan beynəlxalq təşkilatlarla da eyni siyasəti həyata keçirir. Belə ki, ölkəmiz 1992-ci ildə BMT-nin üzvi kimi həmin təşkilatın bütün prinsiplərinə əməl edir və iştirak etdiyi bütün səsvermə proseslərində ancaq haqqa və ədalətə səs verir. Ölkəmiz uzun müddət ərazi bütövlüyünün bərpasında əziyyət çəkdiyinə görə, istər BMT-də, istərsə də digər beynəlxalq təşkillatlardakı səsvermələr zamanı həmişə Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyünü qoryan bir ölkə kimi səs verib. Eyni zamanda həmin ölkələrdə həmişə Azərbaycanın ərazi bütölüyünü dəsəkləyiblər. Hər cür beynəlxalq və regional siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmiz öz imicini qoruyub, saxlamağı bacarmışdır. Azərbaycanın yürütdüyü uğurlu və uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider bir dövlətinə çevirmişdir. Ölkəmiz ötən əsrin sonlarından etibarən iştirak etdiy bütün beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur, logistika və digər layihələrin hamısını uğurla başa çatdırmışdır. Məhz bu xüsusiyyət ölkəmizi dünya, Avropa və qonşu ölkələr üçün qaz ilə təchiz edən etibarlı ölkəyə çevrmişdir. Azərbaycan artıq nəinki özünü elektrik enerjisi ilə təmin edir, həm də onu xarici ölkələrə ixrac etməklə böyük vəsait qazanır.

 Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Reallığa çevrilən Zəngəzur dəhlizi.

44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi – İrəvanı konstruktiv mövqeyə məcbur etdi.  Azərbaycan bu istiqamətdə strateji fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Yaşıl enerji zonası.

Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. İşğaldan azad edilmiş ərazilərin bərpası,  gələcək inkişafının təmin olunması,  zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Gələcək illərdə qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından,  təbii sərvətlərindən yararlanmaq mümkün olacaq.  Ötən əsrin 90-cı illərində xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi  ixrac edir.  Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı isə  ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq.  Bərpaolunan enerji növlərinin inkişafı  da   həmin məqsədə yönəldilib.  Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.  Belə ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi  nəzərdə tutulur.  Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək.  Mütəxəssislərin fikrincə,  Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı var. Ehtimal edilir ki,  Qarabağ və Şərqi Zəngəzurda külək,  günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.  Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq.

 Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov