Xəbəraz

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Prezident cənab İlham Əliyevin yanvarın 10-da üç saata yaxın davam edən yerli televiziya kanallarına müsahibəsi dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident cənab İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Bu müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır. Dövlət başçısı cənab İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.

Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Siyasi müstəqilliyini qazanan xalqımız 30 il işğal atlında qalan torpaqlarını erməni vandallarından təmizləməklə ərazi bütövlüyünü də tam bərpa etdi. Azərbaycan Cənubi Qafqaz regionunun çox önəmli aktoru olaraq milli maraqlarını qorumaqla yanaşı, xoşniyyətli dövlətlərarası əlaqələrin inkişafına da töhfəsini verir.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq.

Prezident cənab İlham Əliyev 2018-ci ildə çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qondarma rejimin olması ilə, torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. Doğrudan da biz buna nail olduq. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, Xankəndidə hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı. Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. 7 fevral növbədənkənar seçkisi Azərbaycan tarixinin ən önəmli seçkisi olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Prezident cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycan həqiqətlərini, ölkəmizin yaratdığı reallıqları növbəti dəfə dünyaya nümayiş etdirdi: “Prezident açıq şəkildə bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt başqa ölkənin daxili işlərinə qarışmayıb və belə nümunə yoxdur. Nə bu gün, nə də torpaqlarımız işğal altında olanda belə, biz hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmamışıq. Bütün bunların fonunda bizim daxili işlərimizə hansısa ölkələrin qarışması qəbulolunmazdır. Çünki biz müstəqil ölkəyik və bütün qərarlarımızı milli maraqlarımıza uyğun, elə müstəqil şəkildə veririk

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Önəmli mesaj.

Prezident cənab İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Dövlətimizin başçısı, eyni zamanda müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Bütövlükdə, müsahibə həm də ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur.

Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.

Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Hər iki dövlətə nüfuz qazandıran daim ədalətin və beynəlxalq hüququn yanında olmalarıdır.

Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlər, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmlisi odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq. Həmçinin bir sıra kəndlərə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq.

Zərdab rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi.

Prezident cənab İlham Əliyev media nümayəndələri ilə mütəmadi ünsiyyət qurur, onların suallarını cavablandırır, dövlətimizin qüdrətinin artırılması və xalqımızın rifahının yüksəldilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək ictimaiyyətə çatdırır. Bu, dövlətimizin başçısının demokratik xarakterindən və böyük məsuliyyətindən irəli gəlir. Ənənənin davamı olaraq bu il yanvarın 10-da yerli televiziya kanallarına növbəti dəfə müsahibə verən Prezident cənab İlham Əliyev ünvanlanan sualları dəqiq və səlis nitqi, məntiqli fikirləri ilə cavablandırdı, ötən illər ərzində atılmış addımların əhəmiyyətindən danışdı, hadisələrin ətraflı şərhini verdi. Dövlətimizin başçısı davamlı olaraq inkişaf edən, çiçəklənən, əmin-amanlığın, sabitliyin dərin kök saldığı qüdrətli Azərbaycanımızdan inamla və qürurla danışdı. Prezident cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir ki, bu gün biz onun vətəndaşlarıyıq. Dövlətimizin başçısı Azərbaycanın həyatında gördüyü unikal işlərlə, verdiyi müdrik qərarlarla xalqımızın hər bir nümayəndəsinin səmimi sevgisini və dərin məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə ölkəmiz daim inkişaf edib, uca zirvələr fəth edib, dünyada böyük mövqe sahibi olub.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün edib.

Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

Cənab İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması həm də ölkəmizin əsas iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün olub.

Xalqı qarşısında Prezident kimi üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirən cənab İlham Əliyev ən böyük vədinə də sadiq qalaraq möhtəşəm Zəfərlə ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.

Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir. Müasir Azərbaycan tarixində açılan yeni səhifələrdən biri 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ilə başladı. Bu, eyni zamanda Azərbaycanın siyasi inkişaf mərhələsində yeni eranın – Heydər Əliyev erasının başlanması demək idi. 1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın prezidenti cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr cənab İlham Əliyevin parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır. Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Heydər Əliyevin siyasəti davam etdirilməlidir. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevi xilaskar lider kimi Bakıya dəvət edib özünə rəhbər seçən xalq, 2003-cü ilin oktyabrın 15-də ölkədə keçirilən prezident seçkilərində etdiyi seçimində də yanılmadı.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

 

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək.

Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. Ən başlıcası isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaltdı. Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Cənab Prezidentin də bildirdiyi kimi müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır. İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb. Qarabağ və Şərqi Zəngəzurda görülən bütün tikinti, quruculuq işləri dövlətin prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda əzəli torpaqlarına qayıdışına hesablanıb. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Azad edilən ərazilərdə su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, sosial və digər təyinatlı obyektlərin tikintisi davam edir, bəziləri artıq istifadəyə verilib. Suqovuşan su anbarı yenidən qurulub, indi kanallar çəkilir. Yaradılan infrastruktur layihələri bu il daha böyük sayda keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılmasına imkan verir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova