Xəbəraz

23 aprel hadisələri çox önəmli bir tarixdir

23 aprel hadisələri çox önəmli bir tarixdir

23 aprel hadisələri çox önəmli bir tarixdir.

2023-cü ilin 23 apreli  tariximizdə rəmzləşməyə layiq bir gündür. Bu gün çox güman ki, mühüm bir tarixə çevriləcək. Çünki bu gündə elə bir hadisə baş verdi ki, özündən sonra tarix boyu yaşayacaq proses başlatdı. 23 apreldə Laçın yolunda dövlət sərhəd buraxılış məntəqəsi qurduq. Ermənilər bunu gözləmirdilər. Azərbaycan Prezidenti həmin gün tarixi bir qərar verdi. Bu qərara əsasən də ilk dəfə dünyaya mesaj verildi ki, Laçın yolu sahibsiz deyil, bizdən qoparıla bilməz, başqalarının nəzarətində qala bilməz. Bu ərazi süveren Azərbaycanın ərazisidir və bu ərazidə süveren hüquqlarımızdan irəli gələn bütün addımları kimsəyə hesab vermədən atacağıq. Ermənistanın Qarabağ sakinləri olan ermənilərlə 1988-ci ildən başladıqları özbaşına, qızışdırıcı, separatçı  əlaqələrinə məhz həmin gün son qoyuldu. 23 aprel Qarabağda separatizmin əl- ayağının yığışdırıldığı gündür, Qarabağda separatizmin lokallaşdırıldığı və bir küncə sıxışdırıldığı gündür. Separatizm elə bu küncdə də məhv ediləcək. 30 il Qarabağda misli görünməyən cinayətlər törədib cəzasız qalacaqlarını zənn edən erməni cinayətkarlar məhz 23 aprel günündə qurulan postumuzun hesabına ələ keçirlər. Bundan sonra da ya həmin postdan oğru kimi gizli keçərkən yaxalanacaqlar, ya Xankəndidə məhv ediləcəklər, ya da təslim olacaqlar. Mən deyərdim ki, 23 aprel 8 noyabr Zəfərini  məzmunca tamamlayan real tarixdir. 8 noyabr olmasaydı 23 aprel olmazdı, 23 aprel olmasaydı 8 noyabr Zəfəri tamamlanmamış qalardı. 23 aprel erməni separatizminin Ermənistandan qanunsuz hərbi-texniki təminat prosesinə son qoyulduğu gündür. Biz bir xalq olaraq onu bilməliyik ki, xalqımızı, müllətimizi və torpaqlarımızı mənfur düşmənlərdən qoruyan uzaqgörən  müdrik siyasətiilə Ali Baş Komandanımız Cənəb Prezidentimiz və Müzəffər ordumuz var.

 

Mehriban Mənəfova

Saatlı rayon MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçısı