Xəbəraz

Siyasi həqiqət

Siyasi həqiqət

Siyasi həqiqət

Azərbaycan aparılan iqtisadi siyasət sayəsində sürətlə inkişaf edərək yüksəlişə  nail olub. Bu gün iqtisadiyyatda əldə olunmuş  inkişaf sayəsində Azərbaycan yüksək  mərhələ olan modernləşmə mərhələsinə yüksəlib. Azərbaycan dövləti bu illər ərzində siyasi və iqtisadi problemlərlə üzləşib. Müharibələr, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan dövləti başqa dövlətlərlə müqayisədə ağır vəziyyətlərlə üz-üzə qalıb. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasət nəticəsində bir milyondan artıq azərbaycanlılar öz doğma yurdlarından qovulub qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum olunmuşdur. Həmin dövrdə işsizliyin səviyyəsi artmış, maliyyə-bank sistemi iflic vəziyyətdə olmuş, milli valyutamız olan manat qiymətdən düşmüşdür. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa müddətdə siyasi və iqtisadi sabitləşmə təmin olundu. Azərbaycan köklü sürətdə hər tərəfli inkişaf etməyə başladı.

Azərbaycan neft  sektorunda və qeyri-neft bölməsinə də xarici investisiyaları cəlb edir.Bunun sayəsində ölkədə biznes mühitinin formalaşdırılması inkişafa təkan verir. Xarici investorların iştirakı ilə müxtəlif layihələrin həyata keçirilməsi sayəsində bu gün ölkədə qeyri-neft sahələrinin inkişafına şərait yaradır.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində bu bün ölkəmiz modernləşdirmə xətti ilə yüksəliş templə sürətli inkişaf edir. Qarşıdakı illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlayır. İnkişaf etmiş iqtisadi baza, maliyyə resursları, insan kapitalı sürətli inkişafa zəmin yaradır.

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru