Xəbəraz

“İkili standartlar” siyasəti

“İkili standartlar” siyasəti

“İkili standartlar” siyasəti.

AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi “ikili standart”la əlaqədar bu təsisat qarşısına qoyduğu hədəflərdən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təsisata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin buradakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması qurumda baş alıb gedən qərəzli yanaşmalarla, dini və milli ayrı-seçkiliklə bağlıdır. Baş verənlərin Bakıya qarşı siyasi təzyiq planının bir hissəsi olduğunu düşünür: AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqedədir, rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat bundan müxtəlif bəhanələrlə, uydurma ittihamlarla imtina edir. Bu təşkilat erməni lobbisi və anti-Azərbaycan şəbəkəsinin Bakıya qarşı hücum platformasına çevrilib. Son hadisələr isə artıq körpülərin yandırılması deməkdir. Azərbaycana qarşı təzyiqlərin arxasında iddia etdikləri “insan haqları” kimi amillərin yox, məhz Qarabağ məsələsinin dayandığı, məqsədin də erməni maraqlarının müdafiəsi və bu maraqlar naminə Azərbaycana təzyiq etmək olduğu bəllidir.  Məhz AŞPA-nın bu siyasətinin arxasında Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələrdən bəhrələnən “siyasətçi”lər dayanır.

2020-ci ilə qədər Ermənistanı qınamayan, onu səsvermə hüququndan məhrum etmək barədə düşünməyən AŞPA bu gün torpaqlarını işğaldan azad edən, bölgədə sülh üçün münbit şərait yaradan Azərbaycana qarşı qərəzli davranış nümayiş etdirir. Halbuki Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyaraq  beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin edib. Beynəlxalq hüquqdan dəm vuran AŞPA-nın bütün bu reallıqların fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər verir. 2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə bura səfər etmək istədiklərini bildirsələrdə müsbət cavab ala bilməyiblər. Onların ssenarisinə görə, Azərbaycan işğal edilmiş suveren ərazilərindən Ermənistanın xeyrinə imtina etməli idi. Halbuki Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə Avropa Şurasının bütün dəyər və prinsiplərini kobud şəkildə tapdalamışdı.

AŞPA hazırda Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir qurumdur. Bu qurum uzun illər Ermənistanın təcavüzkar siyasətinə qarşı susmasına baxmayaraq, son bir neçə ayda aktiv şəkildə “ikili standart” siyasəti həyata keçirirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

 

 AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi.

Son vaxtlar Qərb təsisatlarının Azərbaycana qarşı riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf ölkəmizə olan qərəzindən doğan hikkə ilə Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüsündən də görmək olar.  Eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin yanvarın 22-də Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları da aydın şəkildə ortaya qoyur ki, islamofob, türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, qərəzli qətnamələr qəbul edir, sanksiyalarla hədələyirlər.  Qərəzli Qərb “siyasətçi”lərinin yuxularına haram qatan, gecə-gündüzlərini dar edən, qıcıqlandıran, qəzəbləndirən, hikkələndirən, özlərindən çıxaran mətləb və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsidir. Fevralın 7-də Xankəndidə də seçki keçirərək “Qarabağ Azərbaycandır” həqiqətini bütün dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl gözdağıdır.
Qərb dairələri Azərbaycanın Cənubi Qafqazın lideri olmasını heç cür həzm edə bilmirlər. Məhz Azərbaycanın siyasi iradəsi, qətiyyəti, hərbi gücü sayəsində bu regionda real sülh şəraitinin yetişməsi ilə barışa bilmirlər.  Qərbin Cənubi Qafqazla bağlı başqa planları var idi və onlar bu bölgədə daim müharibə, münaqişə olmasında maraqlı idilər. Həm bunun sayəsində erməni lobbisinin pullarını rahat şəkildə yeyə bilirdilər, həm də siyasi iradəsi olmayan Ermənistandan istifadə edərək bölgəyə rahat yerləşmək imkanı tapırdılar.
İndi isə bütün bu imkanları əllərindən çıxan “insan hüquqlarının keşikçiləri” əsl simalarını, əslində simasızlıqlarını çılpaqlığı ilə göstərməyə başlayıblar.
Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu. Azərbaycan nümayəndə heyətinin bəyanatında da deyildiyi kimi, bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
Amma 19 il ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib.

Torpaq­larımız azad olunduqdan sonra, bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva