Xəbəraz

Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Hazırda ölkəmizdə həyata keçirilən gənclər siyasəti təhsil, səhiyyə, gənclərin intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, mövcud problemlərin həlli, haqların qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı və bu kimi məsələləri ehtiva edir. Son illər Azərbaycan gəncləri fəal qüvvə olaraq, siyasi və mədəni tədbirlərdə daima iştirak edir. Bu da təsadüfi deyil, çünki ölkəmizin siyasi, sosial və mədəni inkişafı həm bütün Azərbaycan cəmiyyətini, həm də konkret olaraq gəncləri narahat edən məsələlərin həlli yollarını tapmaqda kömək edir. Gənclərin fəallığı özünü müxtəlif formalarda büruzə verir, burada mədəni və sosial-iqtisadi fəaliyyətdən tutmuş siyasətə qədər geniş bir dairə əhatə olunur. Gənclərin formalaşdırılması hər bir dövlət üçün ən başlıca məsələlərdən biridir. İstənilən ölkənin gələcəyi, müqəddəratı məhz gənclərdən asılıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması onların mənsub olduqları dövlətin rifahının, təhlükəsizliyinin, çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, vətənpərvərlik ruhumuzu, doğma ana dilimizi, ata-babalardan gələn gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş gənclər siyasəti nəticəsində mümkün olmuşdur.

44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış Azərbaycan xalqı bunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi və gənclərimizin qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində əldə edə bilmişdir. Qarabağda öz müqəddəs torpaqlarının azadlığı uğrunda mərdliklə döyüşən gənc nəsil məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə formalaşmışdır. Bəllidir ki, hər bir xalqın tarixində onun taleyüklü məsələlərin həllində həlledici rol oynayan böyük şəxsiyyətlər vardır. Belə şəxsiyyətlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri olan, gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – deyən ümummilli lider daim gənclərin yanında olmuş, onların qayğıları ilə maraqlanmış, öz dəyərli tövsiyələrini vermişdir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident cənab İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz uğurlu fəaliyyəti ilə təsdiq edir. Cənab Prezidentimiz gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Bu proqram müvəffəqiyyətlə həyata keçirilir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli Dövlət Proqramının əsasını təşkil edir.

2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Prezidentin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə qayğısının daha bir bariz nümunəsidir.

Cənab Prezidentimiz gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. İndi bu proqram əsasında minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Cənab Prezidentimiz davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın xidmətləri də böyükdür. Heydər Əliyev Fondunun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırmışdır. Ölkəmizdə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait və imkan yaradılmışdır. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı vardır, minlərlə gənc lider yetişmişdir.

Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Azərbaycan gəncliyi bu gün həm də Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Bu, böyük nailiyyətdir. Bütün bunlar Azərbaycan gənclərinin sabahına daha böyük inamla baxmağa əsas verir. Gənclərimiz öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Hazırda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Gənclərə diqqət və qayğı ölkə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir: “Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”. Bu gün Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində gənclərimiz cəsarətli əməlləri ilə öz sözünü demişlər. Bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə görüləcək mühüm işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərində olacaq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

 

İstedadlı və vətənpərvər gənclərə dövlət qayğısı

Ümummilli Lider Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”  Ulu öndər Heydər Əliyevin 1996-cı il 22 iyun tarixində imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti müasir çağırışlara və milli maraqlara tam adekvat olması ilə fərqlənir. Bu siyasətin ən mühüm istiqamətləri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əasında tərbiyə edilməsidir. Təbii ki, gənclərin dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişmələri, sözün əsl mənasında, strateji zərurət kimi çıxış edir. Gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Həmçinin Azərbaycan gənci olaraq əminliklə bildirirəm bu il fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli növbədənkənar Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan  gəncliyi indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz işıqlı gələcəyinə səs verəcəkdir

 Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təhkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Prezident cənab İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir: “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”. Bu gün Azərbaycan gənci dünyaya meydan oxuyan, haqqında əfsanələr yaranan əsgər, komandir, bütöv bir ordudur! Bu gün Azərbaycan gənci sinəsini düşmənə sipər edən , vətən yaşasın deyə şirin canını qurban edən qeyrət qalası , and yerimiz, şəhidlərimizdir! Dünya şöhrətli idmançı, elm, incəsənət xadimi, siyasətçidir Azərbaycan gənci! Varını, sərvətini qoruyan, ona sahib çıxan Azərbaycan gənci!

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri