Xəbəraz

Antiterror tədbirləri qaçılmaz idi

Antiterror tədbirləri qaçılmaz idi

Antiterror tədbirləri qaçılmaz idi.

Ermənistan ordusunun qanunsuz addımları Azərbaycanı antiterror tədbirlərini görməyə təhrik etdi.  Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması artıq ardıcıl xarakter almışdı. Həmçinin ərazilərimizin minalanmasının davam etdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu qanunsuz əməllərə son qoymaq üçün antiterror tədbirləri qaçınılmaz oldu.  Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması idi. Və beləliklə Azərbaycan ordusu cəmi 23 saat ərzində bütün bu problemlərə “Antiterror əməliyyatı” vasitəsi son qoydu.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Beynəlxalq riyakarlıq.

Ötən əsrin 80-90-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından zorla, ayaqyalın, başıaçıq deportasiya edilib. Müasir dövrün kommunikasiya imkanları ilə bunu görmək, analiz etmək çox asandır. Azərbaycan xalqının hüquqları, haqqları pozulduqda, Ermənistan tərəfindən soyqırıma, etnik təmizləməyə, deportasiyaya məruz qaldıqda beynəlxalq təşkilatlar susdu. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib onun maddi-mədəni abidələrini, tarixi dəyərlərini dağıdıb mənimsəyəndə bu gün ədalət deyib bar-bağıran təşkilatların səs səmiri  çıxmırdı.  Qarabağda yaşamış erməni sakinləri heç bir təzyiq və təpki olmadan bölgədən könüllü şəkildə çıxıb gedib. Nədənsə Azərbaycan BMT-nin çıxardığı qətnamələri təkbaşına ica edib, öz ərazi bütövlüyünü təmin etdikdən, II Qarabağ müharibəsindən, sonuncu antiterror tədbirləri ilə separatizmə, terrorçu silahlı birləşmələrə sarsıdıcı zərbə vurduqdan sonra “yoxa çıxmış, lal-kar olmuş” beynəlxalq təşkilatlar “yuxudan oyandı”. Bunu hər bir hüquq dövlətinin edəcəyi və etdiyi bir şəraitdə Azərbaycana qarşı kampaniya üçün vasitə olaraq istifadə etmək ikiüzlülük, riyakarlıq, ikili standartaların təzahürüdür. 

AŞPA Azərbaycana münasibətdə növbəti dəfə qərəzli  münasibət sərgiləyib. Bu qurum Ermənistana məxsus separatçı rejimin, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində hansı terror aktlarının icra etməsindən xəbərsiz deyil. Əslində AŞPA təhlükəsizliyə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamalı idi. Amma bunun əksinə təşkilat əsassız şayiələrə və müəyyən dövlətlərin məkirli siyasətinə alət olaraq qərəzli mövqe sərgiləyib. Bununla da Avropa Şurası beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurub. Çünki dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklər var. Bunun əksinə olaraq separatizmə, terrora açıq dəstək vermək Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik etmək deməkdir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev