Xəbəraz

Beynəlxalq riyakarlıq

Beynəlxalq riyakarlıq

Beynəlxalq riyakarlıq.

Dövlət başçımız cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibini qəbul edərkən ölkəmizə qarşı beynəlxlaq riyakarlıq olduğunu bildirdi. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi təbii ki, dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Rəsmi Bakının bu məsələ ikə bağlı mövqeyi prinsipialdır – Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Əks halda. Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Yəni, bu mövqe bir daha onu göstərir ki, heç kim Azərbaycanla diktə dilində danışa bilməz. Azərbaycan regionun lider və qalib dövləti kimi bundan sonra da bütün ikili standartlara adekvat cavab verəcək. Fransa Avropa İttifaqının “mülki missiyası” üzərindən yeni həmlələr, manevrlər etməyə çalışır. Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin şərti sərhədə gələrək missiyaya baş çəkməsi də by niyyətə xidmət edir. Bu, Fransanın militarizasiya siyasətinin tərkib hissəsidir. Hər cəhdlə sülh müqaviləsi istiqamətində prosesi pozan, beynəlxalq səviyyədə Azərbaycana qarşı siyasət yerdiən rəsmi Paris Ermənistana silah satmaqla geosiyasi intriqaları qızışdırır. Prezident İlham Əliyev bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı da bəyan etdi ki, Emənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.Təbii ki, Azərbaycan heç vaxt Fransanın Ermənistanın himayədarı qismində regiona girmək cəhdlərinə imkan verməyib və bundan sonra da buna imkan verməyəcək. Ötən ilin əvvəllərində Azərbaycanı Ermənistanla sərhədə qoşun yeritməklə hədələyən Fransa bir neçə hərbi avtomobil göndərməklə, sərhəddə “selfi” etməklə heç nəyə nail olmayacaq. Bu  gün rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin əsas səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək yekun sülhün imzalanmasına mane olmağa çalışır. Yelisey sarayında zənn edirlər ki, sülhü pozmaqla, Errmənistandan alət kimi istifadə etməklə, Azərbaycanı beynəlxalq platformalarda sıxışdırmaqla Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olacaq, nüfuzunu gücləndirəcək. Amma təcrübə və son 3 ilin mənzərəsi onu deməyə əsas verir ki, Fransanın cəhdlərinin heç biri baş tutmayacaq.

Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

Prezident cənab İlham Əliyevin 2024-cü  ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev görüş zamanı çıxış edərkən bir daha 30 illik işğal dövrünün reallıqları fonunda hazırkı mərhələnin çağırışlarını diqqətə çatdırib. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, keçirdiyi görüşlərində 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərdən geniş bəhs edərək bu məqamı xüsusi qeyd edir ki, məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərsə də nəticə olmamışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.Lakin buna baxmayaraq Ermənistan tərəfi buna adekvat reaksiya verməyib. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam etdirib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Prezident cənab İlham Əliyev sözügedən qəbulda diqqəti bu məsələyə də yönəldib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Prezident İlham Əliyev onu da qeyd edib ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Ölkə başçısı vurğulayıb ki, bu gün Avropada yenə də ölkəmizə qarşı ikili standartlar mövcuddur.

 Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev

 

 

Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır.

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri qaçılmaz idi, deyə qeyd edən ölkə başçısı ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu bildirdi. Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Qəbul zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev

 

 

Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür.

Prezident cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü diqqətə çatdıran dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək cəhdlərinin əbəs olduğunu vurğulayıb. Bu, bir gerçəklikdir ki, regionumuzda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olan Fransa müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmizin haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib. Fransa bundan əvvəl də ATƏT-in Minsk qrupunun həmsədri olaraq ötən illər ərzində keşmiş Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasında heç bir addım atmayıb. Ölkəmizin başçısının bildirdiyi kimi, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə bu təşkilatın üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Fransa keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu təşkilatdakı fəaliyyəti çərçivəsində hər zaman qeyri-obyektiv mövqe sərgilədi. Cənubi Qafqazda öz neokolonializm siyasətini reallaşdırmaq istəyən Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Bütün bunların fonunda əminliklə demək olar ki, rəsmi Parisin regionumuzla, ölkəmizlə bağlı bütün məkrli niyyətləri, çirkin cəhd və səyləri puç olaraq yoxa çıxacaq.

Azərbaycan sülh danışıqları ilə bağlı öhdəliklərə sadiqdir və onların yerinə yetirlməsi istiqamətində səylər göstərir. Dövlətimizin başçısının bildirdiyi kimi, ölkəmiz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə görəsən Fransa nə üçün bütün beynəlxalq hüquq normalarını pozaraq Ermənistanı silahlandırmaq üçün dəridən-qabıqdan çıxır? Nədən Prezident Emmanuel Makron hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına qarşı çıxır?

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Şamil Babayev

 

 

Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır.

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.” Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün qarşılıqlı dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. İyirmi səkkiz il müddətində işğalçı Ermənistana heç irad bildirməyən, onun cinayətkar hərəkətlərini qətiyyən pisləyib ona təsir etməyən hansısa şvabelər, makronlar və onun kimiləri indi nə xoruzlanırlar? Bunlar sanki fil qulağında yatıblar. Yoxsa düşünürlər ki, qarşılarındakı doxsanıncı illərin zəif Azərbaycanıdır? Əgər belə hesab edirlərsə, ciddi səhvə yol verirlər. Bəlkə ölkəmizin 44 günlük ildırımsürətli müharibədəki gücünü lazımınca qiymətləndirmirlər? Burada da yanılırlar. AŞPA anti-Azərbaycan mövqe tutan ermənipərəst Fransa Senatından nə ilə fərqlənir? Heç nə ilə. Ona görə də dövlətimizin başçısı bədxahlar mərəkəsinə kifayət qədər ciddi mesajlar göndərdi. Mesajlardan göründüyü kimi, Azərbaycan güzəşt və ya təslimçilik əhval-ruhiyyəsində deyil, öz haqqını və hüququnu qətiyyətlə tələb edir. Ölkəmiz bizimlə təzyiq və ya hədə-qorxu dili ilə danışanların məkrli istəklərinə əsla razı olmamış və olmayacaqdır. Azərbaycan bu mövqeyini dəfələrlə nümayiş etdirib. Lakin hegemonluq niyyətindən və qərəzli dini təəssübkeşlikdən əl çəkməyən bəziləri öz ambisiyalarına davam etməkdədirlər. Əgər ağılları başlarında olsa düzgün nəticə çıxarar, əməllərində düzəliş edərlər. Yox, əgər olmasa, onda onlar özbaşınalıqlarına görə bədəl ödəyəcəklər. Onsuz da otuz ildən artıqdır ki, bu və bunun kimi təşkilatlar əleyhimizə çalışırlar. Ancaq bizi ali məqsədimizdən çəkindirməyə nail olmağı bacarmadılar. Onların namərd planları bizim iqtisadi inkişafımıza və Qarabağda qazandığımız möhtəşəm qələbəyə zərrə qədər də təsir etmədi. İndi nəsə dəyişəcəkmi? Xeyr. Bundan sonra da özləri deyib özləri eşidəcəklər. Həm də beynəlxalq aləmdə olan-qalan inam və etibarlarını da itirəcəklər.

Bəli, həddini bilməyənlərlə öz dillərində danışmaq lazımdır ki,  yerlərini tanısınlar, yoxsa çox baş apararlar.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi.

Dövlət başçısı cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. «Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan tərəfi torpaqları işğal altında olan zaman haqlı olaraq Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Dövlət başçısı onu da vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Reallıq budur ki, İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan təxribatlara əl atır, mülki şəxsləri atəşə tutur, dağıntılar yaradırdı. Sentyabrın 27-dən bugünədək təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, əksinə dünya birliyi Ermənistanın yürütdüyü faşizm ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının statistikasına diqqət yetirsək görərik ki, kasıb ölkə bu silahları almaq üçün vəsaiti haradan əldə edə bilərdi? İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən texnikanı haradan alıb və ya bu silahı onlara kim verib? Prezident İlham Əliyevin istər müharibə dövründə xalqa müraciətlərində, istərsə də postmüharibə dövründə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərdə səsləndirdiyi bəyanatlarda dünya güclərinin ikili siyasəti, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılıb. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər.

Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru – Jalə Kərimli