Xəbəraz

Beynəlxalq riyakarlıq

Beynəlxalq riyakarlıq

Beynəlxalq riyakarlıq

Beynəlxalq riyakarlığın növbəti təzahürü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli davranışıdır. Avropa Şurası Azərbaycanın qələbələrini, son zamanlar qazandığı hər bir uğurları qəbul etmir. Çox  təəssüf ki, bu gün Qərbdəki qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq kimi istifadə ediblər. Günü bu gün də Ermənistanın mina terroru nəticəsində yüzlərlə insanın yaralanıb həlak olması  Avropa Şurasını hələ də narahat etmir. AŞPA ermənilərin müdafiəsinə yönəlib “Laçın dəhlizinin blokadaya alınması”nı qınayır, “Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etmişdir.

Bununlada AŞPA-nın son qərarı sübut etdi ki, Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını qəbul etmir. Vaxtilə Azərbaycan AŞPA-nın Qarabağ münaqişəsinin həllinə dəstək verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Bu gün Azərbaycan bu problemi hərbi yolla özü həll etdi. Avropada heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın bu gün heç bir ehtiyacı yoxdur. Bu qurumda təmsil olunan deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edirlər. Dünyada  dəyişən reallıqları qəbul etməyən AŞPA bu cür hərəkətlər etməklə heç nəyə nail olmurlar. Beləliklə, Cənubi Qafqazla bağlı baş verən proseslərə müdaxilə etməyə çalışan bütün qüvvələr anlamalıdırlar ki, 30 illik işğal dövrü Azərbaycan tarixində bu gün geridə qalan hərb yolu ilə həll edilmiş bir məsələdir. Bunu bütün dünya bilməli və qəbul etməlidir. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfərlər regionda yeni geosiyasi reallıqlar yaradıb. Bu gün Azərbaycan bütün dünyada hüquqi olaraq qalib gələn və tərifə layiq olan bir müstəqil dövlətdir.

 

 

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru