Xəbəraz

Zərdab rayon sakinləri Ölkə başçısı cənab İlham Əliyevə və “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədova təşəkkür ediblər

Zərdab rayon sakinləri Ölkə başçısı cənab İlham Əliyevə və “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədova təşəkkür ediblər

Zərdabda aparılan abadlıq-quruculuq işləri çərçivəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərdəki təmirə ehtiyacı olan yolların mərhələli şəkildə təmir edilməsi, küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

Zərdab rayon sakinlərinin Xeberaz saytına unvanladığı məktubda qeyd olunub ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da abadlıq işləri uğurla icra olunur.
Aparılan abadlıq-quruculuq işləri sakinlərin razılığı ilə qarşılanır. Belə ki, şəhər sakinləri problemlərinin həll olunmasına görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və “Azəravtoyol “ASC-nin sədri Saleh Məmmədova minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, rayon sakinləri fevralın 7-də keçiriləcək prezident seçkilərində Qalib xalqın qalıb lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.