Xəbəraz

Zərdab rayonunda seçki məntəqələrində aktivlik nümayiş olunur FOTO-VİDEO

Zərdab rayonunda seçki məntəqələrində aktivlik nümayiş olunur FOTO-VİDEO

7 fevral növbədənkənar Prezident seçkilərinə artıq start verilib.

Qanunla.Az xəbər verir ki, Zərdab rayon ərazisində olan bütün seçki məntəqələrində aktivlik nümayiş olunur.

Zərdab seçiciləri səsvermə hüquqlarından istifadə edərək öz namizədlərinə səs verirlər.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq:

– Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

– Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

– Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

– Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

image-img_20240207_075420image-img_20240207_075449image-img_20240207_075639image-img_20240207_075654image-img_20240207_075656image-img_20240207_075736image-img_20240207_075744image-img_20240207_075928image-img_20240207_080317image-img_20240207_080333image-img_20240207_080346image-img_20240207_081252

image-img-20240207-wa0051image-img-20240207-wa0052image-img_20240207_101010

image-img_20240207_094711image-img-20240207-wa0029image-img_20240207_100217

Video Oynadıcı