Xəbəraz

Suraxanı sakini Prezidentə üz tutdu – Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini Prezidentə üz tutdu – Müharibə əlilini eşidən yoxdur // FOTO

DogruXeber.az” xəbər verir ki, Suraxanı rayon, Hövsan qəsəbəsi, E. Qasımov küçəsi, bina 15, mənzil 48 də müvvəqəti yaşayan, Müharibə əlili, Prezident təqaüdçüsü, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu tərəfindən redaksiyamızın elektron poçt ünvanına müraciət məktubu daxil olub.

Qeyd edək ki, Rövşən Novruzov redaksiyamız vasitəsilə ölkə başçısına ünvanladığı müraciətdə deyilir:

“Bildirmək istəyirəm ki, Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində mənə məxsus həyət evinin qarşısında kanalizasiya bərbad vəziyyətə düşüb, mənim kimi də orda yaşayan yüzlərlə sakinlər bu problemdən əziyyət çəkir. Dəfələrlə edilən müraciətə baxılmır. Kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını şəkil formasında əlavə etmişəm. Əlavə olaraq mən və yüzlərlə sakinlər azərsu üçün ödəniş edirik, bu ödənişin içində kanalizasiya ödənişidə vardır, lakin kanalizasiya xidmətinə pul ödəniş edilsə də bu sahədə xidmət göstərən yoxdur.

Xahiş edirəm ki, qeyd olunan ərazidə və mənə məxsus mənzilin su kanalizasiya sisteminin bərpa edilib düzəldilməsinə göstəriş verəsiniz.”

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Suraxanı sakini  Prezidentə  üz tutdu  - Müharibə əlilini eşidən yoxdur // FOTO

Gördüyünüz kimi, müharibə əlili kiçik bir kanalizasiya problemi üçün hətta ölkə başçısına müraciət edir. Çünki, özünün də bildirdiyi kimi, o dəfələrlə aidiyyatı üzrə qurumlara müraciət ətsə də, bugünə qədər problem olduğu kimi qalmaqdadır.

Fotolardan da aydın görünür ki, ərazidəki tikintilərin hamısı yeni tikintidir və küçənin tən ortası ilə qazılmış xətt isə bu yaşayış evlərinə sakinlərin gediş-gəlişini çətinləşdirir.

Ərazi sakinlərinin sözlərinə görə, sakinlərin çoxunun adını belə bilmədiyi “ərazi icra nümayəndəsi öz dəmində, öz keyfindədir. Hamısının xəbəri olsa da, ümumiyyətlə narahatçılıq belə keçirmirlər”.

Maraqlıdır ki, Suraxanı rayon İcra Hakimiyyəti də bu boyda problemə seyirçi qalıb. Halbuki, mövcud problemin yaşandığı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təşkil olunan iclaslarda, aidiyyatı qurumların nümayəndələri qarşısında problemin həllini tələb etməlidir, həm sakinlərinim problemlərini, həm də ərazisinin bərbad vəziyyətinin aradan qaldırılması üçün tapşırıqlar verməlidir.

Əgər, ərazi yaşayış məqsədilə insanlara satılıbsa, həmçinin orada tikintilərin aparılmasına icazə verilibsə, təbii olaraq, insanların yaşayış şəraiti üçün normal olaraq bütün kommunallar, eləcə də yol və digər vacibatlar təşkil olunmalıdır ki, bu da rayon rəhbərliyinin üzərinə düşür. Amma, deyəsən, Suraxanı rayonunda diqqət yalnız tikintilərə ayrılıb. Yəni, çətini torpaq satılıb, ev, yaxud hər hansı bir iaşə obyekti tikilincədir. Təbii ki, tikinti üçün də vətəndaşlardan külli miqdarda xərc tələb olunur. Yox, söhbət tikintiyə sərf edilən materiallara çəkilən xərcdən deyil, əraziyə daş kərpic töküləndən, dam örtüyü vurulub qurtarana qədər o, qapıdan “ayağı kəsilməyən”, günlərlə həmin ərazidə “növbəyə duran” səlahiyyətlilərə qeyri-rəsmi ödənilən pullardan gedir.

Ortaya çıxan bu kimi problemləri isə vətəndaşın öz üzərinə yükləyib, salırlar digər qurumların qapılarına ki, “bu bizə deyil Azəriqaza, Azərsu-ya, Azərişığa və sair aiddir, gedin onlardan tələb edin”.

Belə götürəndə torpağın, tikintinin də icra hakimiyyətinə aidiyyatı yoxdur, amma kimsənin ixtiyarı yoxdur ki, icra hakimiyyətinin səlahiyyətlilərindən birini “görmədən” ərazidə daşı daş üstə qoysun.

Yeri gəlmişkən, tikintinin onlara aidiyyatı olmadığını deyən və bizi “qərəzli” yazmaqda qınayan Suraxanı İcra Hakimiyyətinin bu qınağının əsassız olduğunun sübutunu növbəti yazımızda faktlarla təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az